Erməni işğalından azad etdiyimiz ərazilərdə xeyli müddətdir təmizlənmə prosesi gedir. Bu müddətdə bir neçə hərbçimiz, mülki şəxsimiz minaya düşərək ya həyatını itirib, ya da ağır yaralanıb. Bütün müharibə zonalarında ən ağır proses məhz minalardan təmizlənmədir.
İddia: "Minalanmış ərazilərin xəritəsi rus sülhməramlılarında var "
Turan
00:18 24.02.2021
Aktual
956
"İndiyə qədər heç bir rus hərbçisinin özlərinin nəzarət etdiyi bölgələrdə minaya düşməməsi bunu təsdiqləyir"
“Çox güman ki, Ermənistan Ordusu Qarabağın minalanmış ərazilərini əks etdirən xəritələri Rusiya sülhməramlılarına verib”.
Bu iddia ilə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
QAT rəhbəri “Şərq”ə açıqlamasında vurğulayıb ki, bəzi gizli mənbələrdən gələn məlumatlar və indiyə qədər heç bir rus hərbçisinin özlərinin nəzarət etdiyi bölgələrdə minaya düşməməsi bunu təsdiqləyir: “Ermənistan Ordusu qərəzli və məqsədyönlü şəkildə xəritələri bizə vermir. Mənfur ermənidən bundan başqa nə gözləmək olardı ki?!
Erməni işğalından azad etdiyimiz ərazilərdə xeyli müddətdir təmizlənmə prosesi gedir. Bu müddətdə bir neçə hərbçimiz, mülki şəxsimiz minaya düşərək ya həyatını itirib, ya da ağır yaralanıb. Bütün müharibə zonalarında ən ağır proses məhz minalardan təmizlənmədir.
Dünya praktikasına görə, bir-biri ilə savaşmış qatı düşmənçilik mövqeyində olan dövlətlər belə müharibənin sonunda minalanmış ərazilərlə bağlı xəritələri qeyd-şərtsiz təhvil veriblər.
Əfsuslar olsun ki, qeyri-humanist addımlarla ad çıxarmış Ermənistan tərəfi heç bir beynəlxalq normaya əməl etmir. Qətiyyən inandırıcı deyil ki, torpaqlarımızın minalanması ilə bağlı düşmən ordusunun əlində heç bir plan-xəritə yoxdur. Əllərində nə varsa, dərhal bizə verməlidirlər. Əldə etdikdən sonra xəritələrin saxta olub-olmadığı da araşdırılmalıdır”.
A.Nağının qənaətincə, rəsmi Bakı həm Ermənistan, həm də Rusiya rəhbərliyi qarşısında ciddi məsələ qaldırmalıdır:
“Xəritələrin verilməsini israrla tələb etməliyik. Əgər rus sülhməramlıları bölgənin təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürübsə, minalanmış ərazilərin təmizlənməsi prosesinə öz töhfəsini verməlidir.
Moskva Yerevanı məcbur etməlidir. Ermənilər hər fürsətdə 62 “əsir” məsələsini qabardırsa, Azərbaycan tərəfi də bu tələbin qarşısına minalanmış ərazilərin xəritələri ilə çıxmalıdır.
Əgər Ermənistan Ordusu həqiqi xəritələri bizə təhvil verərsə, onların “əsir” kimi təqdim etdikləri diversant məsələsini müzakirəyə çıxarmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq