İnternet provoyderləri tariflərə yenidən nəzər sala bilərlər - Təklif səsləndi
08:54 25.03.2020
Aktual
1237
Yeni “Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb.
Verilən qərarla virus təhlükəsindən əhalini qorumaq üçün müəyyən qadağalar tətbiq olundu. Eyni zamanda məktəblər və bir sıra iş yerlərində xidmət dayandırıldı. Koronavirusla bağlı ölkədə karantin rejimi elan olunduğundan insanlar hər dəqiqə internetə girib son məlumatları əldə edirlər. Məktəblərdə dərslər dayandırıldığına görə də, şagirdlər və tələbələr təhsil xidmətlərini internet üzərindən almağa çalışırlar. Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artıb. İndi şagirdlər, evdəkilər daha böyük pul xərcləməyə məcburdurlar.
Əslində internet vasitəsilə dərslərin keçirilməsi müsbət haldır. Amma ortaya bir sual çıxır: hamının interneti varmı?İnternetin çəkilməsi və qiyməti baha olduğundan bəzi ailələr limitli internet paketlərdən faydalanırlar. Bu isə internet vasitəsilə dərslərin keçirilməsi üçün heç də əlverişli deyil.
Bu səbəbdən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində müəyyən güzəştlər olunmasını təklif edib:
“Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri bir müddətdir fəaliyyətini dayandırıb. Bir sıra müəssisələr dərsləri müxtəlif metodlardan istifadə edərək internet vasitəsilə təşkil edirlər. Bu səbəblərdən internetə tələbat daha da artıb. Nəzərə alaq ki, bəzən bir evdə bir neçə şagird və ya tələbə olur və hər ailənin də bu ehtiyacı ödəmək üçün həmişə imkanı olmur. Amma bu sahə özəl olduğundan dövlətin müdaxilə imkanları məhduddur. Hesab edirəm ki, internet provoyderləri məsələnin aktuallığını və yaranmış zərurəti nəzərə alaraq, tariflərə yenidən nəzər sala və müəyyən kampaniyalar təşkil edə bilərlər. Söhbət müəyyən dövrdən gedir. Təhsil və təlim prosesinin dayanmaması və davamlı olması üçün hamımız bütün imkanlarımızı səfərbər etməliyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm