İran və Qətərin XİN rəhbərləri regiondakı son hadisələri müzakirə edib

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani arasında bu gün axşam telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər regiondakı son hadisələri müzakirə edib və bölgədə gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik imkanlardan istifadə edilməsinin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.