
İranla Anlaşma Memorandumu! – Nə vəd edir? – “Zəngəzur dəhlizinə alternativ...”
İranla Anlaşma Memorandumu! – Nə vəd edir? – “Zəngəzur dəhlizinə alternativ...”
Yusif Nəzərli
13:07 14.03.2022
Aktual
878
Martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib. Toplantı çərçivəsində iki hökumət arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalayıb.

Politoloq Sədrəddin Soltan tərəflər arasında imzalanan “Anlaşma Memorandumu” barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, bu müəyyən mənada Azərbaycanın təklif etdiyi Naxçıvanla Zəngilan arasındakı əraziyə- Zəngəzur dəhlizinə alternativdir:
“Azərbaycan tərəfi ermənilərə, onlar tərəfindən bu məsələyə mane olan qüvvələrə göstərdi ki, rəsmi Bakının alternativi var. İran tərəfi də Azərbaycanın apardığı haqq işinə dəstək olduğunu bəyan etdiyinə görə, xoşməramlı olduğunu göstərmək üçün Zəngilandan Azərabaycanın Culfa rayonuna keçid üçün nəzərdə tutulan koridorla bağlı anlaşma imzaladı”.
S.Soltan “Anlaşma Memorandumu” nun müsbət tərəflərinə diqqət çəkib :
“Bununla Azərbaycan ərazisi daha qısa məsafə ilə birləşir. Belə ki, əvvəllər avtomobillər Biləsuvar rayonuna ordan Arazboyu Culfaya gedirdi. İndi həmin məsafə qısalır. Çünki Zəngilandan Culfaya cəmi 40-50 kilometr yol var.
Həmçinin tarixi sənəd gələcəkdə ikitərəfli əlaqələrin əməkdaşlığın inkişafına yardım edəcək. Eyni zamanda Azərbaycanla İran arasında etimadı artıracaq. Perspektivdə bu yoldan digər ölkələr də istifadə edə bilər və regional əhəmiyyətli beynəlxalq dəhlizə çevrilə bilər”.
Politoloqun fikrincə, gələcəkdə Gorus-Qafan avtomobil yolunun Azərbaycana aid olan hissəsində də rəsmi Bakı Zəngilan koridoru qarşılığında İrana müəyyən güzəştlər edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət