İrəvanda təşviş davam edir: Hava limanında mina təhlükəsi - YENİLƏNİB

Ermənistan Fövqəladə Hallar Nazirliyinə “Zvartnots” hava limanında bomba yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib:
“Hadisə yerinə minaaxtaranlar və kinoloqlardan ibarət qruplar cəlb edilib. Hazırda iş gedir”.

11:44

İrəvanda metro stansiyaları işini dayandırıb.

Bu barədə Metropolitenin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan metro stansiyalarının minalanması barədə siqnal daxil olub, bununla əlaqədar sərnişindaşıma müvəqqəti dayandırılıb.

Mənbə: TASS