Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, İsmayıl Kartal bu ilin iyun ayında "Fənərbağça"ya baş məşqçi təyin olunmuşdu. "Sarı-lacıvərdlilər" Superliqada 16 xalla beşinci sırada qərarlaşıblar.