İstanbulda Ukraynaya dəstək mitinqi... - FOTOLAR
Yusif Nəzərli
18:54 25.02.2022
Aktual
347
Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna Mədəniyyət Dərnəyi, Krım Türkləri Dərnəyi və bir neçə qeyri hökümət təşkilatının Rusiya Federasiyasının İstanbuldakı Baş Konsulluğu qarşısında birgə düzənlədiyi “Ukraynaya dəstək” mitinqi keçirildi. Hər iki dərnəyin təmsilçiləri – Aliya Usenova və Celal İçten ailələrinin və qohumlarının yaşadığı Ukraynanın bu gün rus işğalına məruz qaldığını və rus silahlı qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklərin insanlığa sığmayan bir hüquq pozuntusu olduğunu söylədilər.
“Qatil Putin Ukraynadan əlini çək”, “Ukrayna qalibdir”, “Rus anaları evladlarınız sağ ikən geri çağırın”. “Türkiyə qardaşına yardım et, Bosfor boğazını bağla” şüarları ilə dörd saat davam edən mitinqə İstiqlal küçəsindən keçən şəhərin qonaqları da qatıldılar.
Ən çox diqqətimi çəkən iki nəfər rus qadının (birisi xüsusilə bu mitinqdə iştirak etmək üçün Rusiyadan gəlib) söylədikləri oldu; rus olduğum üçün utanıram, qətiyyən bu müharibənin olmasını istəmirik, rus gəncləri adından Ukrayna xalqından üzr istəyirik, Ukraynanın yanında olmaq üçün buradayıq.
Mitinqlər həftə sonları da davam edəcək.
Yaqut Misirxanlı
Xüsusilə “Şərq” qəzeti üçün İstanbuldan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət