Karantində olan qadının həyat yoldaşı: "Ailəmi özümdən çox, dövlətimizə etibar edirəm"
18:12 21.03.2020
Aktual
502
“Mən bu gün ailə üzvlərimi özümdən çox dövlətimizə etibar edirəm”.
Bunu APA-ya açıqlamasında Astara Rayon Mərkəzi Xəstəxanasında karantin altında olan Fatimə Zabidlinin həyat yoldaşı Amil Ağazadə deyib.
O bildirib ki, dövlət onlara hər cür qayğı göstərir: “Həyat yoldaşım karantinə alınandan sonra oğlumun da onun yanına getməsi üçün edilən müraciətlərimizə müsbət cavab verdilər. Oğlum epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün həyat yoldaşım belə bir xahiş etmişdi. Ailə üzvlərimin təxliyəsi ayrıca nəqliyyat vasitəsilə 6 mart tarixində həyata keçirilib. Onlar hazırda Astata Rayon Mərkəzi Xəstəxanasında nəzarət altındadır. Onlar çox etibarlı əllərdədir. Onlardan vaxtlı-vaxtında analizlər götürülüb. Astara Rayon Mərkəzi Xəstəxanasında mənim ailə üzvlərimin yerləri yaxşıdır, yataqları rahatdır, hər gün biz əlaqə saxlayırıq. Bu cür şərait yaradan hər bir şəxsə təşəkkür edirəm”.
Bakı şəhəri 1 saylı Xəstəxanada karantin altında olan Beybudov Sabir Əmrah oğlu da yaradılan şəraitə görə təşəkkür edib. O bildirib ki, 2015-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir və İranda mütəmadi kimyəvi dərmanlarla müalicə kursları keçir: “2020-ci ilin yanvar ayından Tehran şəhərində idim və xəstəliyimin müalicəsinin növbəti mərhələsi özümdən ilik köçürməsi olub. Müalicə həkimi verdiyi məktubda ilik köçürməsindən sonra infeksiya tutmaması üçün ətraf mühitlə əlaqəmin mümkün mənada məhdudlaşdırılmasını tövsiyə edib. Ona görə də bu barədə xəstəxanaya müraciət ünvanladım. Müraciətim nəzərə alınaraq, Azərbaycana təxliyəm 11.03.2020-ci ildə həyata keçirilib”.
1 saylı Xəstəxanada karantin altında olan Syabitov Rasim Axmedjanoviçin oğlu APA-ya açıqlamasında atasının uzun illərdir ağır diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Atam diabet xəstəliyi nəticəsində ayağında yaranmış qanqrena simptomlarının müalicəsi üçün İrana getmişdi. Tehran şəhərində müalicəsi başa çatdıqdan sonra vətəninə qayıtmaq üçün müraciət etdi. Müraciətimizə vaxtında cavab verdikləri üçüm ilk olaraq Azərbaycanın İrandakı səfirliyinə təşəkkürümü bildirmək istəyirəm. Onlar çox dəqiq və operativ işləyirlər. Atam müraciətində səhhətinin zəif olduğunu və onun fiziki vəziyyəti nəzərə alınaraq, Azərbaycanda karantin zamanı xəstəliyinə uyğun məqbul şəraitin yaradılmasına köməklik göstərilməsini xahiş etdi. Həmçinin o, anam Minurya Syabitovanın da karantin müddətində atamın yanında olmasına yardımçı olmağı xahiş etmişdi. Bizim müraciətimiz nəzərə alınaraq, atamın 13 mart tarixində Azərbaycana təxliyəsi həyata keçirildi. Tehrandan Astaraya kimi gəlməyimizdə də səfirlik bizə yaxından köməklik edib. Astaraya gələndən sonra isə bizi Bakıya göndərdilər və burada 1 saylı Xəstəxanaya yerləşdirdilər. Hazırda atam karantindədir və şərait çox yaxşıdır. Bu şəraiti bizə yaratdıqları üçün dölətimizə təşəkkür edirəm. Eyni zamanda, ən böyük təşəkkür həkimlərə, tibb işçilərinə düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm