KİV: İranla müharibədə ABŞ hərbçilərinin ölüm sayı rəsmi rəqəmlərdən daha çoxdur

İranla müharibə zamanı ABŞ hərbçiləri arasında ölənlərin sayı rəsmi rəqəmlərdən daha yüksəkdir və 18 yox, ən azı 22 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post " (WP) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Pentaqon nümayəndələri dəqiq rəqəmlərin Müdafiə Nazirliyinin rəsmi sənədlərində əks olunmamasından narazılıqlarını bildirirlər.