Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı yaradılıb
09:34 23.03.2020
Aktual
669
Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.
“APA-Economics”ın Azərbaycan Beynəlxalq Bankına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.
Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib gələk” devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm