Körpə savaşçıdan xəbər var: Nə atası, nə də anası toxuna bildi - FOTOLAR
09:38 12.05.2020
Aktual
1054
Türkiyənin ən kiçik koronavirus xəstəsi, 45 günlük Amine Tepe bir həftə verdiyi mücadilədən sonra sağlamlığına qovuşub. O, bir həftədir müalicə aldığı reanimasiyadan tibb işçilərinin alqışları altında çıxarılıb. Hazırda körpənin sağlamlıq vəziyyəti yaxşılaşır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 37 günlük olarkən test nəticələri müsbət çıxan Amine, xəstəliklə mübarizədə həyatını itirən Doktor Cəmil Taşçıoğlunun adı verilən xəstəxanada müalicə altına alınıb. Bir həftə reanimasiyada qalan Amine koronavirusa qarşı mübarizədə kritik mərhələni keçib və artıq evinə buraxılır.
Körpəyə hər zaman qayğı göstərən həkimlər və tibb bacıları bu xoş xəbəri eşidib böyük sevinc yaşadılar. Amine Tepeni reanimasiyadan çıxarmaq üçün bütün hazırlıqlar görüldü. Bir tibb bacısı körpənin reanimasiya otağına gedib, onu geyindirib və ağzına da maska taxıb.
Reanimasiya şöbəsinin qarşısında böyük həyəcan yaşanırdı. Amine xəstəxananın reanimasiya şöbəsindən səhiyyə işçilərinin alqışları altında çıxarıldı. Körpəni atası Murat Tepe və xalası qarşılayıb. Anası Tuğba Tepe isə evdə karantində olduğu üçün qızını qarşılamağa gələ bilməmişdi. Körpəni qucağına alan xalasının xoşbəxtliyi gözlərindən oxunurdu. Karantin müddəti yenicə bitdiyinə görə atası qızını görəndə "Çox darıxdım, amma qucağıma ala bilmirəm” deyib göz yaşlarını saxlaya bilmədi.
Qızına toxuna bilməyən ata Murat Tepe daha sonra bunları söyləyib:
"Allah hamınızdan razı olsun. Tibb bacılarından, həkimlərdən. Fərqli bir hissdir, sanki qızım yenidən doğulub. Çox üzr istəyirəm, üzgünəm, evdə qala bilmədim. Çox pis hissdir, Allah heç kimə göstərməsin. Anasının nəfəs darlığı var, bacısının da arada bir qızdırması olur. Evdə müalicələrini alırlar”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol