"Kreml Donbasla Krım arasında əlaqəni təmin etdikdən sonra savaşı bitirəcək" - Türkiyəli hərbi ekspert
15:17 07.03.2022
Aktual
398
"Kiyev NATO- ya üzvlükdən imtina etməlidir. Əks halda NATO Rusiya ilə 400 kilometrlik məsafəyə gələcək ki, bu da o dövlət üçün çox ciddi məsələdir"
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - məlumatda deyilir.
Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib.
"Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər", - mətbuat xidməti əlavə edib.
Bu isə o deməkdir ki, rəsmi Moskva hələ də ambisiyalarından əl çəkmir. Hərçənd özü etiraf etməsə belə, Kremlin işi getdikcə çətinləşir. Ukraynanın Rusiyanın şərtləri ilə razılaşacağı real görünmür.. Ukrayna Prezidenti Vladimir Zelenski belə asanlıqla kompromisə getsə idi, bunu əvvəldən, hərbi əməliyyatlar başlanmazdan öncə edərdi. Yəni savaşın yaxın günlərdə dayanacağı inandırıcı deyil.
Mövzu ilə bağlı "Sherg.az"a danışan türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Mithat Işıkın fikrincə, müharibə yetişmiş proses idi:
"SSRİ dağılandan sonra Rusiya nüfuzu aşağı düşməklə yanaşı, həm də Qara dəniz ətrafında böyük bir əraziyə nəzarətini itirdi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra bunları bərpa etmək üçün hərəkətə keçdi. O, silahlı qüvvələri və iqtisadiyyatı gücləndirdikdən sonra əvvəlcə Krımı hədəf aldı. Bildiyiniz kimi, 2014- cü ildə Krım işğal edildi. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bu ilhaqı qınamaqdan savayı, nəsə etmədi. Odur ki, Putin ürəkləndi və eyni senarini Donbasda da işə saldı. Bu yaxınlarda isə Donbas və Luqanskın müstəqilliyini tanıdı. Rusiya Ukraynanın strateji nöqtələrini vurub. Məqsəd müqaviməti zəiflətməkdir. Fikrimcə, Kreml Donbasla Krım arasında əlaqəni təmin etdikdən sonra savaşı bitirməlidir. Kiyev isə NATO- ya üzvlükdən imtina etməlidir. Əks halda NATO Rusiya ilə 400 kilometrlik məsafəyə gələcək ki, bu da o dövlət üçün çox ciddi məsələdir. Moskva heç vaxt bunu qəbul etməz. Hərbi əməliyyatlar daha çox davam etməsi Rusiyanı çətin vəziyyətə salar. ABŞ- ın məqsədi də elə budur: Kremli zəiflətmək, regiona poliqona çevirmək".
M. Işık, həmçinin müharibənin Cənubi Qafqaza təsirindən söz açdı:
"Azərbaycan Qarabağda işğaldan azad etdiyi mövqelərini gücləndirməlidir. Naxçıvanla Bakı arasındakı quru yolu mütləq təmin edilməlidir. Türkiyə tərəfsizliyini qorumağa davam etməlidir. Böhran diplomatik yolla həllini tapmalıdır. Həm Ankara, həm də Bakı vasitəçilik cəhdlərinə davam etməlidir. Sülh bütün region ölkələrinə, o cümlədən tərəflərin özlərinə də sərf edir. Kiyev Avropa İttifaqı ilə ABŞ- ın təhriklərinə qurban getməməlidir. Rusiya da Aİ ilə ABŞ- a bu imkanı verməməlidir. Dediyim kimi, hər iki tərəf sülh üçün çalışmalıdır".
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət