Müharibənin dəhşəti qadınların və uşaqların simasında özünü bir daha göstərdi - Sevinc Fədai
Yusif Nəzərli
11:08 02.03.2022
Aktual
587
"Rusiyanın Ukraynanı işğal etmək üçün başlatdığı savaş nəinki Avropanın, eləcə də bütün dünyanın heyrətinə səbəb oldu. Rəsmən elan edilməmiş müharibənin 7-ci günüdür və hələ də sülh yolunda heç bir qətiyyətli addım atılmayıb".
Bu barədə Azərbaycan Yüksəliş Partiyası Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini Sevinc Fədai bildirib.
O, fikirini belə davam etdirib: "BMT-nin Ukrayna müharibəsini müzakirə etdiyi iclasa Rusiya özü rəhbərlik edir. Rusiyanın veto qoyması ilə sənəd qəbul edilmir. Doğrudur, beynəlxalq təşkilatlar, ölkələr səylər göstərir, embarqolar tətbiq edir, humanitar yardım, silah-sursat yollayır. Ancaq təəssüf ki, bütün bu görülən tədbirlər axan qanı dayandırmağa çatmır, əksinə hər gün daha ağır nəticələr yaranır".
Sevinc Fədainin sözlərinə görə, bu 7 gün ərzində ortaya çıxan rəqəmlər bir dəhşət tablosu kimi qarşımızda dayanır: "Çoxu qadın və uşaqdan ibarət qaçqınların sayı 660 mindən çoxdur. 350 mülki şəxs həlak olub, onların 15-dən çoxu uşaqdır. Və bu rəqəmlər saatbasaat artmağa davam edir. Mülki obyektlər, yaşayış binaları heç bir mənəvi-əxlaqi sərhəd gözlənilmədən, heç bir müharibə hüququna əməl edilmədən, əsasən də gecə saatlarında bombalanır".
Partiya funksioneri bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinın arayışına görə, münaqişənin başlandığı 2014-cü ildən bu yana 3 mindən çox mülki şəxs həlak olub ki, onların da 1065-i qadın, 152-si uşaqdır: "Bir sözlə, müharibənin dəhşəti qadınların və uşaqların simasında özünü çox daha aydın və faciəvi formada təcəssüm etdirir.
Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, "Müharibəyə yox!" deyir, Ukraynaya qarşı baş verən bu terroru pisləyir və qınayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət