Müşavirə planlıdır! – “Komanda Briqadaları əməliyyatlara hazırdır” – Yeni dislokasiya!
Yusif Nəzərli
13:55 29.03.2022
Aktual
829
“Hələ müdafiə zolağımızda çox yerlər var ki, bölmələrimiz dislokasiya ərazilərini yenidən dəqiqləşdirə bilərlər"
Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.
Keçirilən müşavirəni "Sherg.az"a şərh edən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Müdafiə Nazirliyi ( MN ) müşavirələri planlıdır:
"Müşavirənin keçirilməsi Fərrux yüksəkliyinin bölmələrimiz tərəfindən nəzarətə götürülməsilə müşahidə olunur. Hadisə rus sülhməramlılar arasında narazılıq yaratdı.
Sülhməramlılar Qarabağdakı qeyri-qanuni erməni birləşmələrini çıxartmaqda maraqlı deyillər. Belə olduğu təqdirdə gerçəkləşdirmədikləri öhdəliklərinin reallaşdırmaq ordumuzun üzərinə düşür.
Sülhməramlıların işlərini görmədiklərinə nə qədər dözüm göstərməliyik ki. Bunun əsasında ordumuzun mövqelərimizi dəqiqləşdirməsi, antiterror əməliyyatının keçirilməsi onun legitim hüququdur. Əməliyyatları da müasir silahların tətbiqi, xüsusi təyinatların fəaliyyəti ilə həyata keçirmək mümkündür. Sülhməramlılar irad bildirmək əvəzinə üçtərəfli bəyanatın dördüncü maddəsinə uyaraq gələcək təhlükələrdən özlərini sığortalasınlar".
E.Şıxəliyev antiteror əməliyyatların keçirilmə ehtimalının qarşı tərəfin davranışlarından asılı olduğunu söyləyir:
"Situativ durumdur. Komanda Briqadaları yaradılandan sonra bütün əməliyyatları aparmağa hazırlıqlıyıq. Onlar səbəb yaratmasalar, şərait yaranmaz. Hələ müdafiə zolağımızda çox yerlər var ki, bölmələrimiz dislokasiya ərazilərini yenidən dəqiqləşdirə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət