Nazirliyin 13 vəzifəli şəxsi barəsində 8 cinayət işi məhkəməyə göndərilib
13:07 12.05.2020
Aktual
558
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial siyasət kimi strateji sferada idarəetmənin təkmilləşdirilməsi, əlçatanlıq və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsinin sosial-iqtisadi mənafelərinin müdafiəsinin gücləndirilməsi sahəsində korrupsiya hüquqpozmalarına və sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.
Qeyd edilən materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanmış, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Məhkəməyə göndərilmiş cinayət işlərindən 2-i üzrə 4 şəxs barəsində ittiham hökmü çıxarılıb, 6 cinayət işi hazırda məhkəmələrin icraatındadır. Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol