İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin əsas xarici siyasət məqsədinin İranda rejimin dəyişdirilməsi olduğunu bildirib. O, buna yaxın gələcəkdə nail olacağına inanır.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin Ofisinin yaydığı açıqlamada qeyd edilib.
Netanyahu bildirib ki, bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətinə malikik: "Yəni, bu rejimi devirmək. Bu, hələ qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq əlçatandır. Bu, mümkün deyil, əlçatandır".
İsrail baş nazirinin sözlərinə görə, İslam Respublikası indi əvvəlkindən daha zəifdir və yaşamaq uğrunda mübarizə aparır: "Bizimlə oyun oynamayın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var və mən İsrail xalqına gələn ildə, yaxın gələcəkdə bunu arzulayıram".
Netanyahu bu açıqlamanı müdafiə naziri İsrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli hərbi rəsmilərlə görüşdə verib.