Kənd və qəsəbələrdə küçələr asfalt olunanda hamı sevinir. Lakin bunun mənfi tərəfi yağış yaanda özünü göstərir. Yağış tam asfaltlanmış küçələri çaya çevirir.
Sherg.az xəbər verir ki, bu barədə bloger- urbanist Anar Əliyev deyib. Urbanist qeyd edib ki, küçələr daşla döşənsə və yolun kənarında kiçik drenajlar nəzərdə tutulsa, hətta “normadan artıq” yağan yağış sularını da idarə etmək mümkün olar:
“Daş döşəmələr yayda asfalt kimi qızmır, daha uzunömürlü olur və küçəni daha sakit, təhlükəsiz edir”. 