Avstraliyalı model Miranda Kerr xüsusi pəhrizi barədə danışıb. 43 yaşlı model bildirib ki, iltihablı bağırsaq xəstəliyi – proktit səbəbindən qidalanmasına ciddi diqqət yetirir.
Sherg.az xəbər verir ki, Kerr yumurta əvəzinə bizon və maral ətinə üstünlük verdiyini, lakin yumurtanı çox sevdiyi üçün onun yoxluğunu hiss etdiyini deyib.
Model şəxsi qidalanma rejiminin hər kəs üçün uyğun olmadığını vurğulayaraq, hər kəsin öz sağlamlıq vəziyyətinə uyğun seçim etməli olduğunu bildirib.