Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir - YENİLƏNİB
Yusif Nəzərli
06:57 09.03.2022
Aktual
582
“Qardaşımın nəşinin nə zaman ailəsinə təhvil veriləcəyi ilə bağlı heç kim məlumat vermir. Neçə gündür deyirdilər ki, Azərbaycana gətiriləcək, amma hələ də xəbər yoxdur”.
Bu barədə Oxu.Az-a Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində həyatını itirən Nemət İsmayılovun qardaşı Qaçay İsmayılov məlumat verib.
Onun sözlərinə görə, qardaşının nəşi Moldovadakı xəstəxananın morqunda olub:
“Dünən orda bir nəfər var, məlumatları ondan alırıq. O dedi ki, nəşləri morqdan çıxarıb Moldova sərhədinə aparıblar. Böyük ehtimalla oradan Rumıniyaya keçirəcəklər. Bu gün Rumıniyaya keçsələr, proses bir az sürətlənərdi. Heç kim bizimlə əlaqə saxlayıb, bir dəqiq məlumat vermir. Qardaşımın oğlanlarından biri anası ilə birlikdə artıq Azərbaycana gəlib. Amma yaralı oğlu Süleyman İsmayılov Moldovada xəstəxanadadır. Diz qapağından ağır yaralanıb, hələ 2 ay orda qalmalıdır deyirlər. Heç kim maraqlanmır ki, ailəsi nə vəziyyətdədir. Xarici İşlər Nazirliyindən xahiş edirik, bizə kömək etsinlər. Biz özümüz Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmışıq. Nəşlər gətirilib ailəsinə təhvil verilsin ki, burada Kəlbəcər qaçqınları üçün Murovdağ adlanan qəbiristanlıq var, orada torpağa tapşıraq”.
09:34
Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində ölən dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi yubanır.
Bu barədə Oxu.Az-a Kəlbəcərin Təkəqaya kəndinin icra nümayəndəsi Anar Məmmədov məlumat verib.
O bildirib ki, son məlumata əsasən nəşlər artıq morqdan çıxarılıb və Moldova sərhədinə gətirilib:
“Tez-tez əlaqə saxlaya bilmirik. Lakin hələ ki, bizdə olan son məlumat budur”.
Xatırladaq ki, Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində dörd nəfər ölüb. Hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar. Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol