Ölkə rəhbəri öz xalqının sağlamlığına və həyatına böyük həssaslıqla yanaşır - Gənc fəal
Turan
11:48 25.03.2020
Aktual
854
"Əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq:
"Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır".
Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən YAP-ın Səbail rayon təşkilatının təmsilçisi, gənc fəal Fuad Heydər bildirib ki, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən tədbirlər olduqca vacibdir.
F.Heydərin fikrincə, atılan hər addım həyati əhəmiyyət kəsb edir:
"Cənab Prezident növbəti dəfə əhaliyə çağırış edərək vətəndaşları həmrəy olmağa səslədi. Dövlət başçısının bəyan etdiyi kimi görülən bütün tədbirlər prosesin mənfiyə doğru getməsinin qarşısını almaqdır. Toplum olaraq bunun fərqində olmalı, ölkə rəhbərinin çağırışlarına səs verməliyik. Prezidentin bəyan etdiyi kimi yaşlı insanları xüsusi olaraq qorumalıyıq. Hər kəs fərd olaraq əlindən gələni etməli, məsuliyyətini bilməlidir. Ölkəmizdə koronavirusla bağlı xüsusi birlik nümayiş etdirilir. Ölkə rəhbəri öz xalqının sağlamlığına və həyatına böyük həssaslıqla yanaşır. Cənab Prezidentin və Birinci Vitse-prezidentin illik əməkhaqlarını yeni yaradılmış Fonda köçürməsi də bu məsələyə necə həssaslıqla yanaşdıqlarını göstərir. Prezident həm də bütün məmurları bu pis gündə vətəndaşların yanında olmağa çağırdı və sahibkarların bu vəziyyətdən istifadə edərək işçiləri işdən çıxarmamağa səslədi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm