Pakistan təcrübəsi: “Birgə təlimlər gücümüzə güc qatır”
Banuçiçək Kalbalıyeva
11:38 04.03.2021
Aktual
767
“Pakistan dünyanın ən böyük ordusuna sahib altı dövlətdən biridir”
“Həmçinin bu ölkə hərbi-sənayə kompleksinin inkişafı, Çinlə əlaqələri də bizim üçün maraqlıdır”
“Pakistanın hərbi rəhbərliyinin Azərbaycanın zabitləri barədə dediyi xoş sözlər isə bizim də onlar üçün faydalı tərəfdaş olmağımızın təzahürüdür”
Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. “Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz” deyən dövlət başçısı tərəflər arasındakı qarşılıqlı münasibətlərdən də danışıb.
Prezident, həmçinin əlavə edib:
“Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb”. Əlbəttə, dostlarımız, partnyorlarımız nə qədər çox olarsa, o qədər yaxşıdır.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında Azərbaycan və Pakistan arasındakı əlaqələrin tarixi köklərindən danışdı:
“Bizim münasibətlərimiz 90-cı illərdən başlayıb. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. 1997-ci ildən etibarən diplomatik əlaqələr quruldu. 2017-ci ildə həmin əlaqələrin “gümüş yubiley”i keçirildi. İki ölkə arasında, həmçinin hərbi-texniki əməkdaşlıq da var. Azərbaycandakı təlim təyyarələrindən 10-u Pakistanda istehsal olunub.
İyun hadisələrindən sonra Pakistan da Türkiyə kimi bizə açıq dəstəyini ifadə etdi. Prezidentin dediyi kimi, biz dostun kim, düşmənin kim olduğunu bildik. Ona görə də bundan sonra əlaqələrimiz daha dinamik xarakter daşıyacaq”.
Ş.Ramaldanovun sözlərinə görə, yaxın gələcəkdə üçtərəfli əməkdaşlıqlar gözlənilir:
“Türkiyə ilə birgə hərbi təlimlərimiz artıq ənənəvi səciyyə daşıyır. Lakin Pakistanla dostluğumuz da sınaqdan çıxıb. Ona görə də biz Türkiyənin hava məkanında birgə hərbi təlimlər keçirəcəyik.
Əlbəttə, bu, həm bizim, həm də qardaş dövlətlərin marağındadır. Nəzərə almaq lazımdır ki, Pakistan dünyanın ən böyük ordusuna sahib altı dövlətdən biridir.
Həmçinin Pakistanın hərbi-sənayə kompleksinin inkişafı, Çinlə əlaqələri də bizim üçün maraqlıdır.
Pakistanın hərbi rəhbərliyinin Azərbaycanın zabitləri barədə dediyi xoş sözlər isə bizim də onlar üçün faydalı tərəfdaş olmağımızın təzahürüdür”.
Ehtiyatda olan polkovnik, həmçinin bildirdi ki, biz Pakistanın praktikasından istifadə edə bilərik:
“Bu dövlətin anti-terrorla bağlı xeyli təcrübəsi var. Bundan sonra Qarabağda ermənilərin hansısa təxribat törədə biləcəyi və bizim yenidən anti-terror əməliyyatı keçirməyimiz istisna deyil.
Həmin prosesdə Pakistan hərb sistemindən öyrəndiklərimiz bizə lazım ola bilər. Ümumiyətlə, güclü ölkələrlə dostluq etmək özümüzün də gücünə güc qatır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət