Parlamentari: Bu gün sülhə mane olanlar vaxtilə ATƏT-in Minsk Qrupuna həmsədrilik edənlərdir
11:26 14.05.2024
Aktual
521
"Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşdə etdiyi çıxışda regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş mühüm məqamlara toxunub. Ölkə başçımız Şuşanın işğaldan azad olunmasının əhəmiyyətinə, əsgərimizin göstərdiyi qəhrəmanlığına və Ermənistanı döyüş meydanında kapitulyasiya sənədinə imza atmağına məcbur etdiyimizi qeyd edərək bu gün bizim yenidən müharibəni istəmədiyini vurğulayıb. Həm də ikirərəfli formatda keçirilən danışıqlar prosesinin müsbət nəticələr verdiyini qeyd edən ölkə başçımız regionda sülhün yaranmasına mane olmağına çalışan və ermənilərə yenidən revanşizm ruhunu verənlər açıq şəkildə mesajlar göndərib".
Bu sözləri millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışındakı bəzi mesajlar Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Dövlət başçısı bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə, yox torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların fəaliyyətsizliyi təsadüfi deyildi və məsələni həll etmək istəmirdilər. Çünki bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin:
“Bu gün regionda sülhün və sabitliyin yaranmasına mane olanlar da vaxtilə ATƏT-in Minsk Qrupuna həmsədrilik edərək torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışanlardır. Amma Azərbaycan inkişaf etdi, ordusnu gücləndirdi və döyüş meydanında torpaqlarını işğalçılardan təmizlədi. Bütün dünya Azərbaycan ordusunun gücünü görmüşdür. Amma ABŞ və Fransa Ermənistanı dəstək adı ilə ruhlandıraraq sülhdən uzaqlaşdırır. Xüsusilə Fransa Ermənistana öldürücü silahlar verir. O cümlədən Ermənistanda baş verən hökumətə etiraz aksiyaları, radikal müxalifətin səsləndirdiyi düşmənçilk fikirləri və Fransanın verdiyi silahlar ölkəmiz üçün yenidən potensiaal təhlükə mənbəyinə çevrilərsə ordumuz tərəfindən məhv ediləcəkdir. Ölkə başçımızın siyasəti açıqdır. Ona görə də tribunalardan qarşı tərəflərə açıq şəkildə mesajları göndərir və baş verə biləcək hadisələrin nəticələri necə ola biləcəyi ilə bağlı xəbərdar edir. Ona görə də Ermənistan dövlət başçımızın səsləndirdiyi fikirlərdən nəticə çıxarmalı və yenidən müharibə təhlükəsi yaradacaq hərəkətlərdən uzaqlaşmalıdır. Əks halda bu onlar üçün çox ağır nəticələnəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya