
Paşinyan Azərbaycanın 8 kəndini qaytarmağa hazırdır
Yusif Nəzərli
17:25 09.05.2023
Aktual
417
Lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil versin
Erməni Baş nazirin şərti sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyən edilməsinə hesablanıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünə aid olan anklavlar məsələsinə aydınlıq gətirib. Paşinyan ilk dəfə olaraq Ermənistanın Azərbaycana aid kəndləri işğal etdiyini və nəzarət altında saxladığını etiraf edib. Lakin Baş nazir Ermənistanın Azərbaycanın tərkibində anklavlarının olduğunu da dilə gətirib: “Biz kəndləri Azərbaycana qaytarmağa hazırıq, amma şərtimiz var. Əgər Azərbaycan da bizə məxsus kəndləri qaytarmağa hazırdırsa, biz də hazırıq. 1975-ci ilin xəritələrinə görə, sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”. Onun iddialarına görə, hazırda Azərbaycanın nəzarəti altında olan bir sıra kəndlər "Ermənistanın anklavları" hesab olunur: "Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir". Məlumat üçün deyək ki, "Berbaker" kəndinin əsl adı Bibişdir. Bu kənddə 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qalıblar. "Vazaşen"in əsl adı Lələkənddir. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. "Ayqeovit"un əsl adı Uzuntala, daha sonra Hönüt olub. Ermənilər öz qondarma adlarını veriblər. "Paravakar" isə Tatlı kəndidir. Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycanın tarixi torpaqları olan həmin ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil və mövcud sərhəd xəttində yerləşir. Analitikin sözlərinə görə, Nikol Paşinyanın istəyi Azərbaycan Ordusunun geri çəkilməsi və bu kəndlərin üzərindəki nəzarətin aradan qalxmasıdır: "Diqqətçəkən məqamlardan biri Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırdılar. Hərçənd, Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni Baş nazir daha real hesab etdiyi əraziləri - sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır. Paşinyanın bu iddiası sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyən edilməsinə hesablanıb. Bu isə xəritələrin saxlanıldığı Rusiya masasının əhəmiyyətini artırır. Rəsmi Bakının mövqeyi isə əsrin əvvəlindəki xəritələrin əsas götürülməsidir. 8 kəndin taleyinin hərbi müstəvidə həll edilməsi variantı da istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat
Ejei: İrana hücum yenidən başlaya bilər
09:59 21.04.2026
Region