
Paşinyandan müharibə siqnalı: Savaş gözlənilir?
10:06 19.03.2024
Aktual
502
Paşinyan iddia edir ki, Ermənistan sərhədyanı kənd anklavları məsələsində güzəştə getməkdən imtina edərsə, həftənin sonunda Azərbaycan müharibəyə başlayacaq.
Bu barədə TASS məlumat yayıb.
Paşinyanın fikirlərinə münasibət bildirən hərbi ekspert Emil Həsənli “Sherg.az”a deyib ki, Ermənistan bu yola əl atmaqla Fransa, Avropa və dünya birliyinin dəstəyini almağa çalışır:

“Ermənilər hər zaman maddi cəhətdən yardımlar dilənməyə öyrəşiblər. Onlar diaspor və böyük dövlətlərdən təmənnasız silahlar almaq istəyir. Eyni zamanda Paşinyan daxildən əhalini qorxu vəziyyətinə salır ki, Azərbaycan müharibəyə başlaya bilər. Ermənistan 44 günlük müharibə, lokal xarakterli antiterror tədbirləri zamanı xeyli əsgərlər itirib və iqtisadiyyatına ciddi zərbə dəyib. Ermənistan əhalisi də buna görə xof və qorxu içərisindədir. Ermənistan dəstək almaq üçün xalqını və arxasında duranları Azərbaycan ordusu ilə qorxudur. Paşinyanın dediyində yalnız bir həqiqət var ki, Azərbaycan bir qarış torpağını heç kimə güzəştə getməyəcək. Ermənistan anklav olan əraziləri geri qaytarmasa və Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan bunları öz gücü ilə həll edəcək. Paşinyanın fikirlərini siyasətlə məşğul olan şəxslər belə anlamır. Çünki o gün ərzində bir neçə xəyala dalır. Paşinyanın fikirləri bir-birilə ziddiyət təşkil etdiyinə görə son zamanlar ciddiyə alınmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət