“Ermənistanın artıq üzvlüyə ehtiyacı yoxdursa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər İrəvanın milli maraqlarına görə artıq belə vacib regional təhlükəsizlik təşkilatına üzvlük tələbi yoxdursa, onda müvafiq qərarı qəbul etmək və bu təşkilatdan çıxmaqda sərbəstdir”, - Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxarılacağı təqdirdə sevinəcəyi barədə açıqlamasına münasibət bildirərkən qeyd edib.