Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - FOTO
12:39 25.03.2020
Aktual
629
Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar.
Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.
Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.
Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm