
Politoloq: Əgər İrəvan əməllərinə son qoymasa, sərhəddə toqquşmaların şahidi ola bilərik
10:14 01.04.2025
Aktual
373
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, şərti dövlət sərhədində baş verən ardıcıl təxribatlar əslində təəccüblü deyil:

"Ermənistan bir tərəfdən sülh müqaviləsinin yekunlaşdığından danışır, pozitiv bəyanatlar verir. Digər tərəfdən isə sərhəddə təxribatlar törədir və ya buna zəmin yaradacaq addımlar atır. Bütün bu təzadlar bir sual yaradır ki, Ermənistanın məqsədi nədir? Hesab edirəm ki, rəsmi İrəvan öz reallıqları çərçivəsində sülhün imzalanmasını istəyir. Yəni Ermənistan mümkün şərtlərlə danışıqlara gedərsə, itirən tərəf olacağını anlayır. Xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsinə onlar regional prinsiplə yanaşırlar. Belə olan təqdirdə Ermənistan təxribatlar törədərək müəyyən toqquşmalar fonunda Azərbaycanı öz ərazisinə cəlb etmək istəyir. Bu mənada Ermənistan Azərbaycanın bu ölkədə hərbi əməliyyatlar keçirməsinə nail olmağa çalışır. Çünki beləcə Ermənistanın ərazi bütövlüyünə təcavüz aktı əsasında Azərbaycanı beynəlxalq ictimaiyyətdə pisləmək niyyətindədir. Lakin rəsmi Bakı buna hazırlıqlıdır".
Politoloq əlavə edib ki, Azərbaycan prosesləri nəzərə alaraq müəyyən təhlillər aparıb:
"Ölkəmiz Ermənistanın təxribatlarına maksimum dərəcədə ehtiyatlı yanaşır. Yaxşı olar ki, sözügedən məsələlər tez bir zamanda diplomatik şəkildə həll olsun. Çünki Azərbaycanın səbri bir gün daşacaq. Əgər rəsmi İrəvan əməllərinə son qoymasa, sərhəddə kiçikçaplı toqquşmaların şahidi ola bilərik. Bütün bunlarla yanaşı, Azərbaycan heç vaxt Ermənistan ərazilərinə müdaxilə etməz və bu ölkəni beynəlxalq ictimaiyyət qarşısında gücləndirməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm