Professor təşəbbüsü dəstəkləyir:““Randevu”nun lüğətə daxil edilməsi...”
Yusif Nəzərli
14:49 02.03.2022
Aktual
584
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bir sıra təhlillər aparıb.Mərkəzin təhlilləri zamanı “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlərin olduğunu müəyyənləşib. Nəticədə lüğətə “birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu” sözlərinin salınması təklif olunub.
Təşəbbüsü dəyərləndirən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, hazırda Mərkəzin orfoqrafiya lüğətinə salınmasını təklif etdiyi sözlər dilimizdə kifayət qədər populyardır:
“Dil yaradıcı, canlı prosesdir. Yaranan yeni sözlər zamanla formalaşıb dilin lüğət tərkibinə keçir. Mürəkkəb sözlərin birləşib hər hansı məqamda bütöv söz kimi işlənməsi normaldır. Məsəl üçün, hazırkı orfoqrafiya lüğətində “beşdəqiqəlik” sözü var .
Bu yazı qaydası göstərir ki, əgər “beşdəqiqəlik” sözü bitişik yazılırsa “birdəqiqəlik” də belə yazıla bilər”. “Randevu” və s. kimi alınma sözlərin də lüğətə daxil edilməsinin heç bir zərəri yoxdur. Dil canlı proses olduğu üçün gedişatda bir çox sözlər ölə, bir qrup sözlər isə canlana bilər. Bu da dilin tərkibini zənginləşdirir”.
Q.Məhərrəmli diqqətə çatdırıb ki, orfoqrafiya lüğətinə çoxlu söz əlavə etmək yox, həmin sözlərin düzgün yazılış qaydalarını ortaya qoymaq daha önəmlidir:
“İndi bu proses gedir. Fikrimcə, dil üzərində vaxtaşırı belə müşahidələrin, monitorinqlərin aparılması önəmlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət