
Putin özünü 6 metrlik uzun masada sui-qəsddən qoruyur
Yusif Nəzərli
02:30 02.03.2022
Aktual
626
Azad İsazadə: "Putin insanlarla yaxın ünsiyyətdən qorxur və panikaya düşür"
Son günlər Rusiya-Ukrayna savaşı fonunda müzakirə olunan məqamlardan biri də Kreml rəhbərinin olduqca qəribə qarşılanan davranışları, anlaşılmaz hərəkətləridir. Putinin qeyri-adi “ixtiralarından” biri də müxtəlif ölkələrin rəhbərlərini, o cümlədən hökumət üzvlərini 6 metrlik uzun masalarda qəbul etməkdir. Kreml başçısı müdafiə naziri və baş qərargah rəisindən sonra Maliyyə naziri Anton Silunov və Milli Bankın sədri Elvira Nabibullina ilə də uzun masa arxasında görüşüb. Xatırladaq ki, Putin Ukrayna ilə müharibədən öncə Fransa Prezidenti E.Makron və Almaniya kansleri O.Şolzu da uzunsov ağ masada qəbul etmişdi. Rusiya rəsmiləri ölkə rəhbərinin bu addımını koronavirus pandemiyası və yoluxma riski ilə əlaqələndiriblər.
Lakin maraqlı məqam odur ki, pandemiya təhlükəsinə görə, məsafə saxlayan sadəcə Putindir. Kreml rəhbəri özü masanın bir ucunda təkbaşına əyləşsə də, digər hökumət üzvləri, nazirlər masanın digər ucunda heç bir ara məsafəsi olmadan əyləşirlər. Putinin hətta öz hökumətinin üzvləri ilə anlaşılmaz məsafə saxlaması, hamıdan fiziki olaraq uzaq durması Kreml rəhbəri ilə bağlı müəmmaları və söz-söhbəti artırır. Bəzi ekspertlər Putinin son dönəmlər, ələlxüsus da Ukrayna ilə gərginlik və müharibə fonunda ciddi psixoloji pozuntu içində olduğunu iddia edirlər.

Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında deyib ki, onun şəxsi qənaətinə görə, Putinin insanlardan uzaq durması, mümkün qədər toplum arasında çıxmaması “covid fobiya”dan, “yoluxma qorxusundan” irəli gəlir. Mütəxəssisə görə, belə qorxular insanları məntiqdən kənar addımlar atmağa sövq edir:
“Putin hər cür kontaktdan çəkinir. Onun xarici qonaqları, nazirlərini uzun masalarda qəbul etməsi “covid fobiya”nın ağır formasına düçar olduğunu göstərir. Putin insanlarla yaxın ünsiyyətdən qorxur və panikaya düşür. Gülməli və məntiqsiz hərəkət etdiyinin özü də fərqində olmur. Belə çox hallarla rastlaşmışam. Adam var idi xəstəliyə yoluxmamaq üçün doğma uşaqlarını evə buraxmırdı, təkbaşına bağda yaşayırdı. Bu, psixoloji xəstəlikdir və müalicəsi mütləqdir”.
Psixoloq Putinin uzaq məsafədə özünü psixoloji baxımdan daha “komfort” hiss etdiyini deyib:
“Putin sui-qəsddən də qorxa bilər. Amma sui-qəsdin qarşısını məsafə ilə almaq mümkün deyil. Onu ayrı formada da edə bilərlər. Putin gözlə görünməyən təhlükəyə qarşı qorunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət