
"Qarabağdakı hadisələrin inkişafına Ukraynadakı müharibə də təsir edir" - Ekspert
11:46 07.03.2022
Aktual
977
"Qarabağdakı ermənilərə azan səsi və Azərbaycan musiqisinin dinlədilməsi, separatçı-terrorçuların təxribat atəşi açması son proseslər fonunda diqqət çəkir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, Bakı bölgədəki silahlı terrorçuların təmizlənməsi, üçtərəfli razılaşmada dalana dirənmiş bəndlərin icrasının təmin edilməsi üçün yaranmış şəraitdən istifadə etsin:
"Separatçıların “qoruyucusu” kimi çıxış edən Moskva indiki halda neytral mövqe sərgiləyə bilər. Çünki ABŞ-NATO-nun bölgədə Gürcüstan üzərindən ikinci cəbhə açmaq istəyəcəyi mümkündür. Aİ-ə sədrlik edən Fransa Ermənistan üzərindən Rusiyanın mövqelərini zəiflətmək üçün müəyyən addımlar ata bilər. Bu risklərə qarşı Rusiya Cənubi Qafqazda onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirməli, bölgənin siyasi arxitekturasının qurulması planının dəyişməsinə imkan verməməlidir. Üçtərəfli razılaşmların icrasında əsas problem silahlı ermənilərin çıxarılmasıdır. Bu, həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası üçün də vacibdir. Bir ölkənin silahlı dəstəsi başqa bir ölkənin sərhədləri daxilində olduğu müddətdə həmin ölkələr arasında sərhədin müəyyən edilməsi, o cümlədən, nəqliyyat əlaqələrinin bərpası hüquqi baxımdan mümkün deyil".
A.Nərimanlı vurğulayıb ki, Qarabağ üzərindən bölgəyə dair planları olan Rusiya üçün erməni qoşunlarının çıxarılması, yaxud separatçıların təmizlənməsi prosesinin səssiz baş verməsi imic baxımdan sərfəli deyil:
"Həm Qarabağdakı, həm də Ermənistandakı ermənilərin “Rusiya himayəsi” streotipinə zərər vurmaq istəmir. Moskva dilemma qarşısında qalmış kimi də görünür. Bir tərəfdə imici, digər tərəfdə bölgədəki strateji maraqlarına xidmət edən razılaşmaların icrası var. Bu baxımdan, erməni qoşunların çıxarılması, yaxud separatizmin ləğvi kimi məsələlərə zərurət yaradacaq “məcburetmə” addımları atılmalıdır. Separatçıların keçirdiyi aksiya və terrorçuların təxribat atəşləri, eləcə də erməni terrorçuların postlar qurması bu addımlar üçün ciddi əsaslar yaradır. Bakının Xankəndi istiqamətində azan səsi və milli musiqilərimizi səsləndirməsi isə hədəfin daha böyük olduğu fikrini önə çıxarır. Rusiya ilə imzalanan bəyannamə də bu məsələdə əlimizi gücləndirə bilər. Hadisələrin inkişafına Ukraynadakı müharibə də təsir edir. Rusiya mövcud vəziyyətdə müharibənin gedişatını, həmçinin, Qərb cəbhəsinin ata biləcəyi addımları tam proqnozlaşdıra bilmir. Və Qərb bloku ilə kəskin qarşıdurmada olduğu vaxt Türkiyə və Azərbaycanın ən azı balanslı mövqeyi onun üçün əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət