
Qayıtmaq istəyən ermənilər Qarabağ Universitetində Zəfər tariximizi öyrənməlidir-ŞƏRH
10:01 01.12.2023
Aktual
663
"Ordumuzun cari ilin sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan əzəli torpaqları olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərinə və Əsgəran qəsəbəsinə nəzarəti tam bərpa etdi. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduğu üçün işğaldan azad olunmuş şəhər və rayonlarda bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də ciddi addımlar atılır, yeni tədris müəssisələri yaradılır. Misal olaraq, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Füzuli, Laçın və Şuşa şəhərlərində məktəblər tikilib. Onların əksəriyyəti isə istifadə üçün hazır vəziyyətdədir. İşğaldan azad olunmuş ərazilərdə təhsil sahəsində görülən işlərin davamı olaraq bir neçə gün əvvəl Prezident İlham Əliyev Xankəndidə “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Xankəndidə təhsilin önəmi barədə danışan siyasi şərhçi Elmir Səftərov söyləyib.
O, bildirib ki, XlX əsrdə regionda baş verən müharibələr güc balansının dəyişməsinə gətirib çıxardı:
"Bununla da erməni dövlətinin yaradılması üçün bəzi ölkələr tərəfindən zəmin hazırlandı. Müxtəlif dövlətlərin ərazilərində olan ermənilər mərhələlərlə Azərbaycan torpaqlarına köçürülməyə başlandı. Nəticədə isə azərbaycanlılar deportasiyaya məruz qaldılar. Hegemon dövlətlərin uzun illər üçün planlaşdırdığı məsələlərdən biri də ermənilərin Qarabağa köçürülməsi və orada məskunlaşması idi. Bu da tarixə istinadla sonrakı yüzilliklərdə Azərbaycan torpaqlarına iddia edilməsi məqsədinin bir hissəsi idi ki, ölkəmiz də bundan əziyyət çəkdi. Xankəndi də uzun illər ərzində erməni separatçılarının mərkəzinə çevrildi, orada
qondarma dövlət strukturları yaradıldı. Bu gün isə Xankəndi artıq azaddır və orada Qarabağ Universiteti yaradılır. Bu məsələ Azərbaycanda elmin inkişafı ilə yanaşı, siyasi cəhətdən də öz aktuallığı ilə diqqətləri üzərinə çəkir".

Ekspert, qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda işğaldan əvvəl təkcə Xankəndidə Universitetin olması şəhərin önəmini daha da artırır:
"Gələcək illərdə də Xankəndi Universitetin fəaliyyəti Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda erməni cinayətlərinin dünya ictimaiyyətinə elə separatçıların bir vaxtlar olduğu yerdən elmi tədqiqatlarla, yazılan məqalələrlə çatdırılmasına imkan verəcək. Gələcəkdə Universitetdə xarici tələbələrin də təhsil almasına şərait yaradılacağını ehtimal etmək olar.Bu da Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oyanacaq və düşmənə göz dağı olacaq. Digər bir məsələ isə Xankəndiyə qayıtmaq istəyən ermənlərin Qarabağ Universitetində Azərbaycan dilində təhsil alması, Zəfər tariximizin öyrənilməsi, dövlətçilik ənənələrimizi mənimsəməsi gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir".Qeyd edək ki, Xankəndi şəhəri Ermənistanın və Qarabağdakı erməni separatçılarının işğalı altına düşməmişdən əvvəl orada 1969-cu ildə yaradılan Xankəndi Pedaqoji İnstitutu Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm