Qazaxıstanda təhlükəsizlik rəsmiləri nümayişçilərin tərəfinə keçdi

Təhlükəsizlik rəsmiləri Qazaxıstanın Aktau şəhərində nümayişçilərin tərəfinə keçib. Mühafizəçilər xalqa qarşı çıxmaqdan imtina ediblər.
 "Sherg.az" “Lenta.ru”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları qərarlarını öz xalqlarına qarşı gedə bilməmələri ilə izah ediblər. Yerli “KazTAG” Teleqram kanalı Qazaxıstanın başqa bir şəhəri olan Atırauda  polisin etirazçıların tərəfini tutmağa başladığını bildirib.
 
Bundan əvvəl Aktauda bir neçə yüz etirazçı Silahlı Qüvvələrin yük avtomobilini ələ keçirərək ordunu tərksilah edib. Hadisə yerindən çəkilmiş video görüntülərdə metal çubuqlarla silahlanmış nümayişçilərin hücumla hədələdikləri, əsgərləri maşından düşərək yerə uzanmağa məcbur etdikləri görünür. 

Bundan sonra hakimiyyətin siyasətindən narazı olanlar əsgərləri çağıraraq onlardan istehkamçı bıçaqları alırlar. Ordunun özü açıq-aşkar dincdir və etirazçılara müqavimət göstərməyə çalışmır. Hadisə nəticəsində ölənlər barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Qazaxıstanda etirazlar bazar günü -yanvarın 2-də  benzinin qiymətinin 60-dan 120 təngəyə (10-20 rubl) qədər bahalaşması səbəbilə başlayıb. Tezliklə iqtisadi tələblər siyasi tələblərlə əvəz olundu. Etirazçılar  hökumətin istefası, yeni seçkilərin keçirilməsi, insanların keçmiş prezident Nursultan Nazarbayevin “klan”ından çıxarılması tələb edirlər. 

Cəmilə ƏZİM