Qəhrəman “Türk ulduzu”
Yusif Nəzərli
01:30 26.02.2022
Aktual
1359
Ləman Bozqurd qırıcı təyyarənin ilk qadın pilotu kimi tarix yazıb
Ləman Bozqurd Altınçekic istiqbalını səmada tapanların rəmzi hesab edilir. “Şərq” “Milliyet”ə istinadən qəhrəman türk qadının uğur hekayəsini təqdim edir. Ləman Bozqurt uzun illər ərzində Türkiyənin və həm də NATO hərbi-hava qüvvələrinin yeganə qadın pilotu olaraq adını göylərə və tarixə qızıl hərflərlə yazdırıb. Bununla da türk qadının dünyaya örnək ola biləcəyini isbatlayıb. Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış bölgəsində dünyaya gəlib.
Qəribədir ki, hələ uşaqkən ailədə onu “Ulduz” adıyla çağırıblar. Təbii, gələcəkdə göylərin “ulduzu” olacağını ehtimal belə etmədən. Amma Ləmanın göylərdə süzmək uşaqlıq xəyalı imiş. Atası Osmanlı imperiyasının zabiti idi, 12 il cəbhələrdən cəbhələrə uzun yol keçmişdi. Anası Laçın isə Azərbaycan əsilli idi. Və savadlı, təhsil görmüş qadın idi. Orta məktəbdə təhsil alarkən Ləmanın anası vəfat edir və bu hadisə onu çox sarsıdır. Orta məktəbi bitirib əvvəlcə liseyə, sonra da İstanbul Texniki Universitetinin memarlıq fakültəsinə daxil olur. Böyük qardaşı da avtomatlaşdırma üzrə mühəndis idi, Ləmanın təhsil məsrəfləri baha olduğundan qarşılaya bilməyəcəyini söyləyib. Bu səbəbdən də Ləmanın təhsili yarımçıq qalıb. Bir gün rəfiqəsi Solmaz Doğu ilə universitetdə “Türkquşu”na aid elan görür. Məhz bu elan Ləmanın həyatını dəyişdirir. Elanda paraşütçüyə ehtiyac olduğu bildirilirdi. Ləman və Solmaz Şişli Ətfal Xəstəxanasına gedərək sağlamlıq haqqında arayış alırlar. Amma sağlamlıq testini müvəffəqiyyətlə keçən yalnız Ləman oldu. Və paraşütçülüyə ərizə ilə müraciət etdi. Əvvəlcə “Türkquşu” İnönü Təsisatında planyor (mühərriksiz uçan təyyarədə təcrübə keçmək) təhsili alıb. Lakin bununla kifayətlənməyib. Baxışları da, xəyalları da daim yüksəklərə can atıb. “Türkquşu” Motor Məktəbində müəllim işləyib. Ləman Bozqurd sonralar danışırmış ki, göylərdə uçmağın əsl zövqünü burada yaşayıb. Planyorluqdan sonra paraşütçü təlimi də alıb, mühərrikli təyyarədə 140 saatlıq magistr təlimi keçib. Və 1955-ci ildə “Türkquşu” Milli Paraşütçü sertifikatını alıb. Ləman Bozqurd həm də qadınların orduya qəbul edilməməsi qərarına qarşı savaşıb. Nəhayət, bu savaşı qazanıb. Dönəmin milli müdafiə naziri Ethəm Menderesi qərarı dəyişdirməyə vadar edib. Bundan sonra qadın pilotların Hərbi Məktəbə qəbul edilməsinə başlanılıb. Ləman Bozqurd 1955-ci ildə İzmir Hərbi Məktəbinə daxil olub, 1957-ci ildə məktəbi bitirib. Ləman Bozqurd hərbi məktəbi bitirərkən NATO hələ 5 yaşında idi. Cəsur qadın qırıcı təyyarə pilotu təhsili almaq istəyib və 1958-ci ildə Eskişəhərdəki qırıcı təyyarə donanmasına daxil olub. Təhsilini başa vurduqda ona Türkiyədə qırıcı təyyarə ilk qadın pilotu olaraq “Qızıl nişan” təqdim edilib. L.Bozqurd 9 il F-84 və T-33 qırıcı təyyarələrini idarə edib. Türkiyə və NATO tarixində qırıcı təyyarələr üzrə ilk və yeganə qadın pilot olub. Hava Qüvvələrinin qərargahında çalışıb, şəxsi plan şöbə müdiri və mərkəz şöbə pilotu olub. Polkovnik rütbəsi ilə ordudan tərxis edilib. L.Bozqurd hərbi hava qüvvələri zabiti Tehir Altınçekic ilə ailə qurub, 2 övladı dünyaya gəlib. 2001-ci il, mayın 4-də İzmirdə 69 yaşında vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət