
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - ANALİTİK
Yusif Nəzərli
07:56 27.12.2024
Aktual
678
“O ki qaldı qayıdışa, bu, zaman məsələsidir. Kimin nə istəməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq, qayıdış baş tutacaq”
Avropa Parlamentinin üzvü Natali Luazo “Armenpress”in müxbiri ilə söhbətində bildirib ki, "Qərbi Azərbaycan" və ya "dəhliz" rəvayətlərinin (?) sülh danışıqlarında yeri olmamalıdır. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda “Qərbi Azərbaycan” və ya “dəhliz” məsələləri kənara qoyulmalıdır. Ermənipərəst mövqeyi ilə çoxdan tanıdığımız Avroparlamentin deputatı daha sonra ərz edib ki, heç bir ilkin şərt irəli sürülmədən, Ermənistanın suverenliyinə hörmət edən sülh sazişinin müsbət nəticəsi ola bilər.
Sonra sözlərinə əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sabit sülh hər iki ölkənin mənafeyinə uyğun olmalıdır: “Ermənistan və Azərbaycan arasında davamlı sülh hər iki ölkənin ümumi məqsədi olmalıdır. İndiyə qədər Ermənistan xoşməramlılığını və güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan buna dərhal adekvat şəkildə cavab verməlidir”.
Qeyd edək ki, Avropa Parlamenti bir neçə gün öncə ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qalıb. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilib, reallıqlar təhrif olunub, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilib. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur. Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin növbəti qətnaməsi əleyhinə yaydığı bəyanatında deyilib ki, Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi. Bəyanatda, həmçinin bildirilib ki, bu həmin Avropa Parlamentidir ki, 1988-ci ildə biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləyib, əksinə, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırıb: "Budəfəki qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu".

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Qərbi Azərbaycan normativi Fransanı narahat edir. Ekspertin sözlərinə görə, Fransadakı erməni diasporasını tarixi torpaqlarımıza qayıdışımız narahat etməkdədir:
"Qarabağ erməniləri məsələsinə mütəmadi olaraq toxunan, onlarla bağlı bəyanat verən fransız deputatlar çox yaxşı bilməlidirlər ki, yerli xalq olan azərbaycanlılarla erməniləri müqayisə etmək absurddur. O ki qaldı danışıqlara, ehtimal edirəm ki, Ermənistanın özünü qeyri-adekvat aparması fonunda ölkəmiz tərəfindən tələblərlə bağlı yeni açıqlamaları eşidəcəyik. Lakin bundan qabaq qeyd edim ki, hazırda Azərbaycan və Ermənistan arasında razılaşdırılmamış məqamlardan biri - şərti sərhədlər yaxınlığında xarici qoşunların yerləşdirilməməsidir. Buna əlavə olaraq, rəsmi Bakı tərəfindən bu il ərzində azı 3 dəfə sərhədlər yaxınlığında məğlub dövlət tərəfindən ağır hücum xarakterli silahların yerləşdirilməsinin yolverilməz olduğu, delimitasiyanın zəruri olduğu bəyan edilib. Bu və ya digər tərəfdən, aydın olan bir məqam var. Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır, bölgə silahsızlaşdırılmalıdır. O ki qaldı qayıdışa, bu, zaman məsələsidir. Kimin nə istəməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq, qayıdış baş tutacaq".
Oxşar xəbərlər
Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
21:39 09.10.2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların qüvvəyə minməsini 180 gün müddətinə təxirə saldı
19:34 09.10.2026
Rusiyanın "Rybar" Teleqram kanalının təsisçisi Zvinçuk Monteneqrodan deportasiya olunur - YENİLƏNİB
19:19 09.10.2026
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya