Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Səudiyyə Ərəbistanı arasında gözlənilən nüvə sazişi Ər-Riyadın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) əlavə yoxlama və monitorinq səlahiyyətləri verəcək.
Teleqraf xəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Qrossi deyib.
Xatırladaq ki, iyul ayında ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında razılaşma əldə edilib. Razılaşmaya görə, Səudiyyə Ərəbistanı uranı zənginləşdirmək və ABŞ texnologiyasından istifadə etməklə nüvə reaktorları inşa etmək imkanı qazanıb.
Qrossinin sözlərinə görə, BAEA ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli saziş üzrə bütün detallar tamamlandıqdan sonra sənəd agentliyin 35 ölkədən ibarət Direktorlar Şurasına təqdim ediləcək.