Rayon qeydiyyatında olanların nəzərinə - GƏLƏN AYDAN...
00:01 14.03.2021
Aktual
778
Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında İcbari Tibbi Sığorta tətbiq edilir. Lakin həmin rayonlarda qeydiyyatda olub Bakıda işləyən vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə etməkdə çətinlik çəkirlər.
Sherg.az mətbuat.az-а istinadən xəbər verir ki, aprelin 1-dən etibarən Bakıda da icbari tibbi siğortanın tətbiqinə başlanacaq.
Bəs rayon qeydiyyatında olan şəxslərin paytaxtda bu xidmətdən istifadə imkanı olacaqmı?
Rayon qeydiyyatında olub Bakıda yaşayan və işləyən vətəndaşlar paytaxtda icbari tibbi sığortadan istifadə edə biləcəklər.
Hazırda ölkənin 59 şəhər və rayonunda vətəndaşların icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə hüququ var. Amma Bakıda bu xidmətdən istifadə etmək hələ mümkün deyil. İcbari Tibbi Sığorta Agentliyindən Xəzər Xəbərə verilən məlumata görə, Bakıda icbari tibbi sığorta gələn aydan etibarən tətbiq ediləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslərin paytaxtda icbari tibbi sığortadan hansı halda istifadə edəcəyi ilə bağlı qaydaları açıqlayıb. Bunun üçün vətəndaş faktiki yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşməlidir.
Agentlikdən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm