Rəsmi Parisin etirafı: Ermənistan ordusu niyə silahlandırılır? -ŞƏRH
11:46 09.04.2024
Aktual
515
Fransa Ermənistana elə hərbi texnika verir ki, başqaları onu ala bilmir.
Bu sözləri Fransanın Ermənistandakı səfiri Olivye Dekottini özünün X səhifəsində yazıb.
Səfir yazıya əlavə olaraq “Thales” şirkətinin Fransa radarları, o cümlədən üç ədədi Ermənistana satılan “GM 200” radarları haqqında məqaləni paylaşıb.
Olivye Dekottinin fikirlərinə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrini 44 günlük müharibədən sonrakı itkilərin fonunda yenidən döyüş qabiliyyəti vəziyyətinə gətirmək istəyir:
“Buna görə də texniki parkı bərpa etmək üçün hərbi müttəfiqlər axtarışındadır. Fransa isə Ermənistanın bu boşluğunun doldurulmasında istəkli görünür. Fransa Ermənistana Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən maliyyə vəsaitlərinin ayrıldığını bilir. Həmin pulların silahlandırılmaya sərf olunması üçün rəsmi Paris fürsətdən istifadə edir. Fransanın Müdafiə Naziri Ermənistana səfər etdi. Eyni zamanda Fransanın altı müdafiə sanayesi şirkətlərinin rəhbərləri də rəsmi İrəvana getdilər. Bundan sonra qərara gəldilər ki, Ermənistanın ehtiyacı olduğu hərbi texnikanın tədarükçüsü Fransa olsun. Fransa hava hücumlarından müdafiə sistemləri üzərindən Ermənistana dəstək vermək üçün çalışma həyata keçirir. Rəsmi Paris Mistral raket sistemlərinin Ermənistana tədarükünə başlamaq niyyətindədir. Amma Fransanın Ermənistana verə biləcəyi bunda əlavə də kifayət qədər hərbi texniki sanaye potensialı mövcuddur”.
Ekspert bildirib ki, Avropada müdafiə sanayesi şirkətlərinin silah istehsalında Fransa birinci yerdə dayanır:
"Lakin həmin istehsalda lazım olan avadanlıqlar o qədər bahadır ki, Fransa birinci dərəcəli silahlanmanı Ermənistana satmaz. Onlar sadəcə olaraq öz silahlanmalarında yararsız olan hərbi texniki avadanlıqları Ermənistana satacaqlar. Eyni zamanda Ermənistan ordusunun zabitlərinin Fransa hərbi məktəblərində oxumalarına dair müqavilələr var. Yəni Paşinyanın gələcəkdə Ermənistan Silahlı Qüvvələrini Fransa ordusunun mini modeli şəklində yetişdirmək planlarının olduğunu deyə bilərik. Amma Ermənistanın qısa müddət ərzində ordusunu döyüş qabiliyyəti vəziyyətinə gətirə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə