“Rusiya qeyri-adi addım atdı, oğurluğa icazə verməyə başladı” - Osman Gündüz
“Rusiya qeyri-adi addım atdı, oğurluğa icazə verməyə başladı” - Osman Gündüz
08:23 07.03.2022
Aktual
502
“Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atdı, oğurluğa icazə verməyə başladı”.
“Sherg.az”ın xəbərinə görə, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
Ekspert bildirib ki, Rusiya kütləvi sanksiyalar səbəbindən çökən İnformasiya Texnologiyaları (İT) ekosistemi xilas etmək üçün təcili qərarlar verib:
“Bu qərarlarda 27 yaşadək İT mütəxəssislərinin hərbidən azad edilməsi, İT şirkətlərin vergilərinin sıfırlanması, çoxsaylı güzəştlər, mütəxəssislərin evlə təmin edilməsi, mobil operatorların gəlir vergilərinin 3 faizə endirilməsi və s.nəzərdə tutulurdu. Rusiya İT bazarının vəziyyətini nəzərdən keçirəndə müşahidə etdim ki, hökumət vəziyyətdən çıxmaq üçün daha bir inanılmaz qərar hazırlayır. Pirat proqram təminatından, oğurluq İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə hazırlaşır. Yəni, hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub. Oğurluğa icazə qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq”.
O.Gündüz vurğulayıb ki, strateji, kritik sahələr üçün “oğurluq” məhsullardan istifadə ciddi risklər yaradacaq:
“Nəhəng sistemlər tez-tez çökəcək. İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Xüsusən, son dövrlərdə bu tip məhsullardan istifadə bulud texnologiyaları əsasında, abunə üsulu ilə reallaşdığından bu tip məhsullardan tam rejimdə, bütün imkanları ilə istifadə mümkün olmayacaq.
Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət