Rusiya rəhbərliyi üçün "Xarkov tribunalı" qurulmalıdır
Yusif Nəzərli
04:30 02.03.2022
Aktual
702
Qabil Hüseynli: "Qərb çalışacaq ki, Putini müharibə canisi kimi beynəlxalq tribunalda mühakimə etsin"
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru, britaniyalı Kərim Xan Rusiyanın Ukraynaya qarşı hərbi və bəşəri cinayətlərinin araşdırılması təşəbbüsü ilə çıxış edib. Haaqa tribunalı Rusiyanın Ukraynaya qarşı cinayətlərini araşdırmağa başlayıb. Qeyd olunub ki, Krım və Donbassdakı vəziyyətlə yanaşı, son hadisələr onu deməyə əsas verir ki, Rusiyanın qoşunları hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə davam edir. Baxmayaraq ki, Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı deyil, ancaq Ukrayna əvvəllər verilmiş bəyanatlar əsasında Məhkəmənin yurisdiksiyasını qəbul edib. Kiyev BCM-yə iki bəyannamə təqdim edib.
İki bəyannamənin təhlili Prokurorluğa hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin törədildiyini təsdiqləməyə əsas verir. Ukrayna hökuməti vurğulayıb ki, Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməli və törədilmiş hər bir cinayətə görə cavab verməlidir. Onların fikrincə, bu, XXI əsrin Nürnberq məhkəməsi olacaq”. Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov da bildirib ki, Xarkovdakı cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmalıdır. Nazirin sözlərinə görə, Rusiyanın dinc şəhərləri vəhşicəsinə raket atəşinə tutması onların Ukrayna hərbçiləri ilə döyüşməyi bacarmadıqlarının sübutudur: “Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər isə məsuliyyətə cəlb olunmalıdır”. Müdafiə naziri Xarkovda rusların törətdiyi cinayətləri araşdırmaq üçün xüsusi beynəlxalq komissiyanın yaradılmasını təklif edib: “1943-cü ildə məhz Xarkov faşistlərin hərbi cinayətlərinə görə ilk dəfə mühakimə olunub. İndi isə “Xarkov tribunalı” Rusiyanın rəhbərliyi üçün qurulmalıdır”. O, həmçinin Rusiya iqtisadiyyatının iqtisadi sahədə böyük itkilərə məruz qaldığını bildirib və deyib ki, Rusiya valyutası adi kağız parçasına çevrilir.
Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya ordusu qarşısına qoyduğu strateji hədəflərdən heç birini reallaşdırmağı bacarmadı və çox böyük itkilər verdi. Analitik deyib ki, hesablamalara görə, Rusiyanın 150 minlik ordusunun yarıdan çoxu, döyüş texnikasının böyük hissəsi sıradan çıxarılıb:
“Növbəti əməliyyatlar üçün elə də böyük gücü qalmayıb. Doğrudur, ruslar muzdlulardan ibarət ordu toplamağa başlayıblar. Buna qarşılıq olaraq Qərbdən Ukraynaya könüllülər hərəkatı daxil olur. Artıq onlar Ukrayna ordusu ilə birlikdə Rusiyaya qarşı müharibə aparacaqlar”. Ekspert vurğulayıb ki, artıq müharibənin sonu görünməkdədir: “Rusiyanın Ukraynada törətdiyi cinayətlərə, uşaq qətliamlarına görə, hesab vermə vaxtıdır. Kreml rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalı, günahsız insanların, sivillərin, uşaqların qətlinə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir. Rusiya zəifləmiş və rüsvayçı şəkildə müharibədən çıxacaq. Qərb çalışacaq ki, Putini müharibə canisi kimi beynəlxalq tribunalda mühakimə etsin. İnflyasiya yüksəldikcə, rubl kəskin dəyər itirdikcə, oliqarxlar da Putinə qarşı hərəkətə keçəcək. Artıq 300-dən çox ziyalının imzası ilə Putinə müharibəni dayandırması üçün müraciət edilib. Rusiyanın özü də qaynamağa başlayıb. Hətta ehtiyatda olan generallar Putini istefaya və məhkəmə qarşısında hesabat verməyə çağırıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət