Rusiyada yaşayan azərbaycanlılar qərarlarında sərbəstdirlər
Yusif Nəzərli
10:22 10.03.2022
Aktual
617
Onlar vətəndaşlıqlarını aldıqları dövlətin qanunlarına tabe olmalıdırlar
Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuzda yaşayan soydaşlarımız arasında Azərbaycana üz tutanların sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri həmin şəxslərin Rusiya vətəndaşı olmasıdır. Çünki bu, Rusiya dövlətinə onları da müharibəyə cəlb etmək hüququ verir.
Hazırda Kremldə müəyyən yaş kateqoriyasına aid kişilərin ölkədən çıxışına qadağaların qoyulması ilə bağlı müzakirələr davam edir.
Bəs, Azərbaycan dövləti həmin şəxslərlə bağlı hər hansı tədbir görə bilərmi?
Bu barədə “Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, bu, fərdi qaydada həllini tapan məsələdir.
“Ukraynada yaşayan azərbaycanlıların vətəndaşlığı var və orada qulluq edirlər, həmin ölkənin dövlətçiliyinin keşiyində dururlar. Rusiyada da belə həmyerlilərimiz var. Bu baxımdan onlar Rusiyanın maraqlarını qoruyub onun uğrunda mübarizə aparmağa borcludurlar. Ancaq bu məsələnin Azərbaycanla Rusiya və Ukrayna arasında gərginlik yaradacağına inanmıram. Çünki bu insanların hansı ölkənin vətəndaşı olmaları şəxsi səviyyədə həllini tapıb.
Azərbaycan dövlətinin bu məsələlərə ancaq "bunlar bizim soydaşlarımızdır və biz bu problemləri həll etməyə çalışmalıyıq" şəklində münasibəti ola bilər. Amma onların əvəzinə hər hansı bir qərarı vermək dövlətin borcu deyil. Çünki həmin şəxslər Rusiya vətəndaşlığını qəbul ediblər. Onlar buna özləri qərar veriblər və bu gün yaranmış problemlər fərdi səviyyədə həll edilməlidir”.
Rusiyanın yürütdüyü hərbi əməliyyatlara burada məskunlaşmış azərbaycanlıların münasibəti haqda danışan politoloqun sözlərinə görə, müharibə zamanı insanların yanaşmaları müxtəlif olur:
“Bəziləri könüllü şəkildə müharibəyə gedirlər. Digərləri isə düşünür ki, onların tarixi vətəni Azərbaycandır. Bu, bütün millətlərin nümayəndələri üçün eynidir. Bu barədə kütlə haqqında danışmaq düzgün deyil. Fərdi şəkildə yanaşmaq lazımdır”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət