Rusiyanın hərb sistemi çöküb! – “90 -cı illərin əsgər payı, partlamayan sursatlar...
Yusif Nəzərli
10:29 03.03.2022
Aktual
1147
Sosial şəbəkələrdə Rusiya ordusunun zəbt etdiyi Ukrayna şəhərlərindəki mağazalara, supermarketlərə hücüm etdiyini əks etdirən videogörüntülər yayılıb. Hətta video süjetlərin birində rus əsgərin 90 - cı illərdə hazırlanmış əsgər yeməyindən istifadə etdiyi görünür.
Görüntülər açıq-aydın Rusiya ordusunun maddi - texniki təchizatının zəifliyindən xəbər verir. Hazırda xarici kəşfiyyat orqanları da məsələni diqqətdə saxlayır.
Tanınmış araşdırmaçı jurnalist Arif Əliyev bu haqda “sherg.az”a danışarkən bildirib ki, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən belə görüntülərlə rastlaşırıq:
“Hətta bəzi rus zabitlərinin də mövcud durumdan narazılığını eşidirik.Rus əsgərlərinin komandirləri onların payını yeyib, onlara keyfiyyətsiz məhsul verirsə, bu o demək deyil ki, onlar Ukrayna torpaqalarında soyğunçuluqla məşğul ola bilərlər.
Heç kim özgə torpağına gəlib, əlavə ərazilər tutub üstəlik orda əlinə keçəni çapıb-talamaq kimi bir hüquqa sahib deyil. Deyən lazımdır ki, ay rus əsgəri, sənin orda nə ölümün var ?! Hələ belə əməllərində özlərinə haqq da qazandırıblar”.
A.Əliyevin fikrincə, bu sadəcə rus ordusunun maddi təchizatında olan problemlə bağlı deyil:
"Əsas məsələ bütün ordu strukturunun çürüklüyüdür. Eyni zamanda burda korrupsiyanın yüksək olması fakı var. Rusiyanın hərbi sahəsində ciddi problemləri var. İkinci Qarabağ savaşında ermənilər tərəfindən müxtəlif ərazilərimizə atılan partlamayan rus sursatları rəsmi Moskvanın çökmüş hərb sisteminin ən bariz göstəricisi idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət