Şahid oluruq: Türkiyə regionda ədalətin qarantıdır
Turan
06:19 12.03.2021
Aktual
605
"Tarixi “İpək Yolu”nun bərpası türk dünyasının yenidən dirçəlməsi deməkdir"
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı türk respublikalarının əməkdaşlığının önəmindən bəhs edib. Çavuşoğlu vurğulayıb ki, hazırda çox əhəmiyyətli nəqliyyat layihələri həyata keçirilir: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır”.
Nazir bəyan edib ki, bu mövzu Türkmənistan, Özbəkistan və Qırğızıstana səfərləri zamanı əsas müzakirə predmeti olub. Siyasi şərhçilərin fikrincə, Türkiyənin xarici işlər nazirinin Orta Asiyanın türk dövlətlərinə səfərləri siyasi-iqtisadi və hərbi müstəvidə əməkdaşlığın yeni mərhələsinə yol açacaq.
Türkmənistandan başlayan, Özbəkistan, Qazaxısatan və Qırğızsıztanla yekunlaşan səfər turu regionun siyasi-iqtisadi xəritəsinin dəyişməsinə gətirib çıxaracaq. Bu, Türkiyənin beynəlxalq müstəvidə mövqeyinin güclənməsi istiqamətində əsas addımlarından biridir. Sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi, Türkiyə ilə siyasi-hərbi sahədə müttəfiqliyi Ankaranın Cənubi Qafqazda strateji planda güclənməsinə və dolayı yolla Orta Asiyaya açılımına şərait yaratdı. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Türkiyə ilə müttəfiqlikdə maraqlıdır.
Şübhə yox ki, yaxın dönəmdə Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanın Mərkəzi Asiya ilə sıx əlaqələrinin formalaşmasına güclü təkan verəcək. Ankaranın Mərkəzi Asiyada güclənməsi isə Rusiya və Çinin bu regionda təsirini zəiflədəcək.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Şərq”ə bildirib ki, Türkiyə və Azərbaycanın Orta Asiya ölkələri ilə əməkdaşlığı sıxlaşdırması çox vacibdir. Partiya sədrinin sözlərinə görə, əsrlərlə mövcud olmuş tarixi “İpək Yolu”nun bərpası türk dünyasının yenidən dirçəlməsi deməkdir:
“İlk növbədə təbii ki, bütün türk dövlətləri, türk dünyası üçün zəruri addımdır.
Amma mühüm əhəmiyyət kəsb edən iqtisadi layihələrin reallaşması, nəqliyyat dəhlizlərinin açılması həm də regionun digər ölkələri, ümumən dünya üçün müsbətdir.
Zəruri olmaqla yanaşı, reallaşdırılması da mümkün olan projedir. İndiki tarixi və siyasi şərait bunu diktə edir. Türkiyə doğru mövqedədir. Əslində burada həmişə qəsdən unutdurulan tarixi bir gerçəklik də mühüm rol oynayır.
Dünyada ədalət istəyən məmləkətlər, xalqlar mütləq türkün haqqını qəbul etməlidir. Çünki türklər ədalətin qarantıdır. Bunu tarixən Osmanlı imperiyası başda olmaqla bütün nəhəng türk dövlətləri əyani şəkildə sübut ediblər”.
M.Mirəlioğlu vurğulayıb ki, son yüz ildə dünyada bir az dəyişkən siyasət yeridilirdi. Qaranlıq güclər, eyni zamanda Rusiya türk dünyasının birləşməsinə bacardıqları qədər mane olurdular:
“Təsəvvür edin, Rusiyanın bütün ərazisində rus dili hakimdir, amma həmin bölgələrin əksəriyyətinin rus dili ilə heç bir əlaqəsi, yaxınlığı yoxdur. O xalqların öz ərazisi, fərqli dili, adət-ənənəsi var. Artıq yeni reallıqlar yaranıb və yeni yanaşmalar tələb olunur. Mövcud durum tədricən dəyişməkdədir. Bu da imkan verir ki, türk ölkələri bir-biri ilə daha sıx əlaqə qursun, əməkdaşlığı mümkün qədər genişləndirsinlər. Türkiyə bu sahədə ciddi mübarizə aparır. İnşallah, qardaş ölkənin türk dünyası ilə bağlı əzmli mübarizəsi qələbə ilə başa çatacaq. Perspektivi də, inandırıcılığı da çox böyükdür və gec-tez bunun şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm