
Semyon Peqovun “WarGonzo” kanalı bloklanıb - Təxribatçı yayımlarına görə
Yusif Nəzərli
09:11 03.03.2022
Aktual
306
“Ukrayna barədə təxribatçı yayımlarına görə Semyon Peqovun “WarGonzo” kanalı bloklanıb. Bəli, erməni media maqnat Aram Qabrelyanovun himayəsi altında fəaliyyət göstərən Semyon Peqov həqiqətən də təxribatla məşğuldur”.
“Sherg.az” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ rəhbəri bildirib ki, biz Peqovu İkinci Qarabağ Müharibəsi dönəmində də görmüşdük:

“Məsələ ilə bağlı müraciətlər yayımlamışdıq, çağırışlar etmişdik. Hətta Azərbaycan dövləti tərəfindən Peqova qarşı Azərbaycanda müvafiq maddələrlə cinayət işi də başlanıldı. Təəssüf ki, diqqət yetirən olmadı. Amma baxın ki, Ukraynaya çatanda Peqovun kanalı bloklanır. Burada ikili yanaşmanın olduğu göz önündədir. "WarGonzo" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarında destruktiv media fəaliyyəti ilə məşğul olduğu nəzərə alınmamışdı. İndi isə ən konkret qərar verilir və kanal barədə mümkün olan ən yüksək cəza tədbiri görülür. Sual olunur, nə üçün Qarabağ müharibəsi zamanı eyni addım atılmadı? Əslində sual ritorikdir. Cavab gözləmirəm.
Çünki heç bir cavab haqqında söz açdığım ikili yanaşmanın olmadığını, ayrıseçkiliyin qoyulmadığını bildirə bilməyəcək. Hər şey gün kimi aydındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət