Sensasiya! - Ermənistanın Azərbaycanda casusları çoxdur”- DTX "təmizləyir"
Yusif Nəzərli
13:50 16.03.2022
Aktual
748
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən kompleks əks-kəşfiyyat tədbirləri çərçivəsində düşmənlə əməkdaşlıq edən şəxs saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Məlumata əsasən, başlanılmış cinayət işi üzrə Azərbaycan vətəndaşı,1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Deputat Aqil Abbas məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, aprel döyüşlərindən sonra belə hallar intensiv xarakter alıb:
“Ermənilərin burda cəsusları var. Onlar vaxtaşırı müəyyən məlumatları düşmən tərəfə ötürürlər. İndi DTX onlardan birini saxlayıb. Amma yəqin ki, sayları çoxdur”.
A.Abbas diqqətə çatdırıb ki, DTX bu istiqamətdə yeni əməliyyatlar həyata keçirəcək:
“Belə satqınların, casusların varlığı ölkəmiz üçün təhlükəlidir. Ona görə analoji əməliyyatların sayı artırılmalıdır. Odur ki, bu sahədə hələ çox işlər görüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət