Separatçı ermənilərin toplu köçü başlanğıcdır - RƏY
Yusif Nəzərli
01:34 23.08.2023
Aktual
470
Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələrinin alternativi yoxdur
Çoxdan gözlənilən bir prosesin ilk fraqmentləri artıq gerçəkləşməyə başlayıb. Azərbaycan qanunlarını qəbul etməyən separatçılar Qarabağı tərk edirlər. Ötən gün təxminən 60-a yaxın erməni əsilli şəxs Azərbaycanın tarixi torpaqlarını tərk edərək Ermənistana və ya Rusiyaya üz tutub. Bu şəxslərin məhz Moskvanın məlum planı əsasında sonradan Rusiya vətəndaşlığını qəbul edərək, Qarabağda separatçılıq fəaliyyətlərini davam etdirən ermənilər olduğu şəksizdir. Bu, Moskvanın köhnə taktikasıdır.
Kreml separatizmi qızışdırdığı postsovet respublikalarının “qaynar nöqtə”lərində separatçılara Rusiya pasportu paylamaqla onların timsalında yerli hökumətlərə qarşı “yumşaq güc”, təzyiq vasitəsi formalaşdırırdı. Bu hallara Dnestryanı ərazidə də, Abxaziya və Cənubi Osetiyada da, Luqansk və Donetskdə də rast gəlinib.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Qarabağdakı separatçı ermənilərə rus pasportlarının verilməsi və saxta “rus icması”nın formalaşdırılması da Kremlin Bakıya qarşı gələcək təzyiq vasitələrindən biri kimi nəzərdə tutulurdu.
Ekspertin sözlərinə görə, bu dəfə Moskvanın variantı özünü doğrultmadı: "Çünki Bakının tam da zamanında atdığı çevik önləyici tədbirlər, o cümlədən, Ermənistanla sərhəddə “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması tamamilə yeni reallıqlar formalaşdırdı. Bu nə Moskvanın, nə də separatçıların gözləmədiyi reallıqlardır.
Onlar yeni reallıqlarla barışmaq və buna uyğun davranmaq məcburiyyətindədirlər. Qarabağdan erməni köçünün başlanması da məhz bundan qaynaqlanır. Beləliklə, Qarabağda guya 120 min erməninin yaşadığı barədə uydurulan mif də iflasa uğrayır. Onların real sayının 120 min deyil, uzağı 25-30 min nəfər olması faktı tezliklə öz təsdiqini tapacaq. Bakının təklifi əsasında seçim qarşısında qalan, ya reinteqrasiya yolunu tutmalı olan, ya da ki ərazilərimizi tərk etmək tələbi ilə üzləşən Qarabağdakı ermənilərin bir qismi indi çıxış yolunu məhz Xankəndini tərk etməkdə görür. Belə də olmalıydı. Çünki heç bir erməniyə Azərbaycan ərazilərində yaşayıb, Azərbaycan qanunlarına tabe olmamaq ixtiyarı verilməyəcək. Odur ki, separatçılığa meyilli olan ermənilər Azərbaycanın yaratdığı yeni reallıqların məsuliyyətindən qaçırlar".
Analitikin fikrincə, bu, separatçı ermənilərin toplu köçünün sadəcə başlanğıcıdır: "Prosesin qarşıdakı həftələrdə davam edəcəyi şübhə doğurmur. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələrinin alternativi yoxdur. Sözsüz ki, Azərbaycan qanunlarını qəbul edən, ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşan mülki ermənilər Qarabağda qalıb bizim vətəndaşlarımız kimi yaşaya biləcəklər. Xalqımıza qarşı müharibə cinayətlərində iştirak edən və bu gün də separatçılıq fəaliyyətlərindən əl çəkmək istəməyən radikal-millətçi ermənilər isə bir gün ədalət məhkəməsinin qarşısına çıxarılacaqlarını əsla unutmamalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya