Separatçılar Paşinyan üçün təhlükə mənbəyidir -RƏY
12:12 29.03.2024
Aktual
607
Ermənistanda tanınmamış “dqr”in “mühacirətdə olan hökuməti”nin fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir, rəsmi İrəvan belə strukturu tanımır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər. Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistan Respublikasında hökumət var və o hökumət də bu zalda oturub. Bu mesaj çox aydındır: lazım gələrsə, xarici qüvvələrin Ermənistanın milli təhlükəsizliyinə təhdidlər yaratmaq məqsədilə müəyyən dairələrdən istifadə etməməsi üçün müvafiq addımlar atılmalıdır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır”, - Paşinyan bildirib.
Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirdiyini demişdi.
Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, Paşinyanın bügünkü siyasəti Ermənistanı qurtarmağı hesablanıb:
“Paşinyan Ermənistanın bir dövlət olaraq uçurumda olduğunu dərk edir və vəziyyətdən çıxmağa çalışır. Real siyasi kurs aparmaq onun üçün maraqlıdır. Bu səbəblə də Qarabağ separatçılarının İrəvanı tərk etməsi onun maraqlarına cavab verir. Çünki İrəvanda məskunlaşan separatçılar Paşinyan üçün təhlükə mənbəyidir. Onların verdikəri açıqlamalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı ciddi təsir göstərməsə də, gərginlik yaradacaq. Bu isə Paşinyana sərf etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual