Səyahətə çıxanlar diqqət! - Turizm agentliklərinin peyvənd “oyunu”
Məlahət Rzayeva
12:25 11.07.2021
Aktual
585
Turizm agentlikləri asan qazanc əldə etməyin yeni üsulunu tapıb. Pandemya səbəbindən uzun müddət qapılarını turistlərin üzünə bağlı saxlayan ölkələr səyahət qadağalarını bir-bir qaldırır. Bu şərtlə ki, səyahətə çıxanlar ölkəyə peyvənd olunmuş halda, “COVİD” pasportu ilə gəlsin. Bəzi turizm şirkətləri isə səyahət turlarının təşkilindən əlavə peyvənddən də pul qazanmağa başlayıb. Oxşar fakt Türkiyədə yaşanıb.
“DHA” nın xəbərinə görə, İstanbulun Şişli bölgəsində fəaliyyət göstərən bir turizm agentliyi xidmətindən faydalanmaq istəyən turistlərə “İstanbula gəlin, “BioTech” peyvəndi vurdurun, qiyməti 2 min 700 lirə” təklifi edir. Bu barədə Ortadoğu Turizm və Səyahət Agentlikləri Dərnəyinin başqanı Hüseyin Kırk məlumat verib. H.Kırk iddia edir ki, haqqında söz açdığı sgentlik İrandan Türkiyəyə səyahət etmək istəyənlərə belə bir təklif edib. Agentlik İranda “İstanbula gəl, peyvənd vurdur”, reklam kampaniyası təşkil edir. Agentliyin nümayəndəsi sosial mediada paylaşım edərək “İstanbulda əcnəbilərə oturum izni və vətəndaşlıq şərti olmadan “Pfizer” peyvəndi vurulur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın”, yazıb və ölkə xarici telefon nömrəsini qeyd edib. Əlavə olaraq “2 dozalı peybənd 2 gün aralıqla vurulur. İlk doza ən müasir klinikalardan birində vurulur, adambaşı 2 min 700 lirə” məlumatı da yerlə.dirilib. Bu isə yalan informasıyadır və insanların həyatı ilə oynamaqdır. Hüseyin Kırk “işin ən qorxulu tərəfi budur ki, agentlik peyvənddən sonra əgər hər hansı sağlıq problem ortaya çıxarsa “agentlik bunun məsuliyyətini daşımır”, deyə əcnəbi vətəndaşlara əvvəlcədən sənəd imzaladırlar. Kim bilir, bəlkə də saxta iynələr, saxta peyvəndlər vurulur”, deyib. İddia üzərinə Şişli İlçe Əmniyyət Müdürlüyü təhqiqata başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm