Polşa Prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində rəhbərliklə bağlı yaranmış böhranla əlaqədar getdiyi qurumun binasını tərk edib.
Sherg.az xəbər verir ki, bu barədə Polşanın ədliyyə naziri Valdemar Jurek TVN24 telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hazırda Konstitusiya Məhkəməsinin binasında nə prezident, nə də onun nümayəndələri var.
Qeyd edək ki, Navrotski daha əvvəl Konstitusiya Məhkəməsindəki vəziyyətin həlli üçün bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb. Məhkəmənin sədri Boqdan Svençkovskinin vəzifəsindən kənarlaşdırılmasından sonra qurumun binası qarşısında etiraz aksiyaları başlayıb. Etirazçılar binaya daxil olmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları buna mane olub.