ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.
APA xəbər verir ki, bunu ABŞ-ın “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının panel sessiyasında çıxışı zamanı deyib.
O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.
Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb: “Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.
O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.