SOYUQ TƏHLİL! - “Rusiya Polşaya müdaxilə etsə, III Dünya müharibəsi başlayacaq”
Yusif Nəzərli
14:07 18.03.2022
Aktual
813
“Çünki Birinci və İkinci Dünya müharibələrində Britaniya Polşanı müdafiə etməyib və bunun cəzasını həm o, həm də bütün dünya çəkib”
“Bu dəfə Birləşmiş Krallıq rəsmi Varşavanı bütün gücü ilə müdafiə edəcək. Ancaq Putinin indiki halda oraya hücum edəcəyini düşünmürəm”
“İstənilən halda Polşa və digər keçmiş Postsovet ölkələri ehtiyatlı davranmalıdır. Rusiya sakitləşənə oxşamır. Ukraynada ağır məğlubiyyətə düçar olsa, dayana bilər”
Bosniya və Herseqovina 2010-cu ildə NATO tərəfindən Üzvlük Fəaliyyət Planına qoşulmaq üçün dəvət olunub.UNİAN xəbər verir ki, Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov NATO-ya üzv olmaq niyyətinə görə ölkəni Moskvanın cavab vermək hüququ ilə hədələyib:
“Biz Ukraynanın timsalında nə gözlədiyimizi göstərdik. Təhlükə olacağı halda reaksiya verəcəyik”, - Kalabuxov Bosniya telekanalının efirində deyib.
Rusiya səfirinin sözlərinə görə, hazırda Rusiyanın Bosniya və Herseqovina ilə bağlı fəaliyyət planı yoxdur və Moskva buna strateji və geosiyasi vəziyyəti təhlil etməklə reaksiya verəcək.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə yanaşı Rusiya Rusiya Polşaya da əzələ nümayiş etdirir. Məhz ona görə Böyük Britaniya hava hücumundan müdafiə sistemini və 100 hərbçini Polşaya yerləşdirəcək. Rəsmi Londonun müdafiə naziri Ben Vallace vurğulayıb ki, məqsədləri Rusiyanın rəsmi Varşavaya olan təhdidlərinə qarşı kömək etməkdir. Həmçinin Zelenski də şimal qonşumuz Ukrayna ilə kifayətlənməyəcək. Bir sözlə, Üçüncü Dünya müharibəsi artıq qapıdadır.
Rusiyanın Ukraynaya hücumunu “Sherg.az”a dəyərləndirən politoloq Turab Rzayev qeyd edib ki, Rusiyanın hədəfi daha geniş olub:
“O, MDB məkanında Sovet İttifaqını bərpa etmək istəyir. Amerika kəşfiyyatının verdiyi məlumata görə, Rusiyanın Ukraynaya hücumundan sonra dəniz sahilləri istiqamətində həm Poti limanından Gürcüstana qoşun çıxarmağı, həm Anaklia limanından ordu yeritməyi, həm də şimaldan Gürcüstana daxil olmağı planlaşdırmışdı. Rəsmi Tiflisin zəbt edilməsi planı da vardı. Əlbəttə ki, Gürcüstan işğal edildikdən sonra Azərbaycan və Ermənistan, Ukrayna ələ keçirildikdən sonra isə, Moldova rahat şəkildə götürülə bilərdi.
Politoloq ehtimal edir ki, Rusiyanın növbəti hədəfi Baltik ölkələri və Şərqi Avropa ölkələri olacaq:
“Onlara keçmiş “Kommunist bloku”, keçmiş “Varşava Paktı” ölkələri və keçmiş “Sosialist bloku” ölkələri kimi baxır, öz tərəfinə çəkmək istəyir. Həmin ölkələr üçün birbaşa təhlükə yaranacaq. Amma çox maraqlıdır ki, Bosniyanın belə NATO ilə münasibətlərinə görə Rusiya açıq şəkildə onu təhdid edib. Burada rəsmi Moskvanın digər arqumenti sıradan çıxacaq. Ukraynaya hücum etməkdə əsas məqsədinin guya öz sərhədində Amerikanın nüvə başlıqlı raketləri yerləşdirməsidir. Halbuki Bosniyanın Rusiya ilə sərhədi yoxdur, NATO ölkələrinin yarısı ona daha yaxındır. Ukrayna ilə bağlı əsas məqsəd məhz SSRİ-nin bərpası olub”.
T.Rzayev izah edib ki, Polşaya müdaxilə olsa, Üçüncü Dünya müharibəsi başlayacaq:
“Çünki Birinci və İkinci Dünya müharibələrində Britaniya Polşanı müdafiə etməyib və bunun cəzasını həm o, həm də bütün dünya çəkib. Bu dəfə Birləşmiş Krallıq rəsmi Varşavanı bütün gücü ilə müdafiə edəcək.
Ancaq Putinin indiki halda oraya hücum edəcəyini düşünmürəm. Çünki rəsmi Kiyevdə çox ciddi itkiyə və məğlubiyyətə yol açıb. İstənilən halda Polşa və digər keçmiş Postsovet ölkələri ehtiyatlı davranmalıdır.
Rusiya sakitləşənə oxşamır. Ukraynada ağır məğlubiyyətə düçar olsa, dayana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət